Xərçəngdən qoruyan qidalar

Xərçəngdən qoruyan qidalarÖlümcül xəstəliyə yaxalanmamaq üçün nə yemək olar?

Xərçəng əsrimizin ən bəlalı xəstəliklərindən biridir. Ondan heç kim sığortalanmayıb. Ancaq müəyyən vasitələrlə- sağlam həyat tərzi, hərəkətlilik, sağlam qida və sairə ilə ondan qorunmaq mümkündür. Xərçəngdən qoruyan bəzi meyvə və tərəvəzi təqdim edirik.

Xərçəngdən qoruyan qidalar

Alma - Vitamin və minerallarla zəngin alma xərçəngin müalicəsində, ondan qorunmaqda, allergiya və ürək damar xəstəliklərində faydalıdır. Gündə ən azı qabıqlı 2 alma qəbul edilməsi məsləhətdir.

Nar - Son araşdırmalar narın kanserojen maddələr verilən siçanların genlərində 30 faiz sağalmaya səbəb olduğunu üzə çıxarıb. Tərkibindəki bəzi maddələr sayəsəində xolestrol və şəkəri tənzimləyən nar, eyni zamanda ürəyidə qoruyur. Bunun üçündə gündə ya 1 stəkan təzə nar şirəsi içmək, yada 1 ədəd nar yemək məsləhətdir.

Qara üzüm - O, xərçəngin inkişafına mane olan,eləcədə ürək damar xəstəliklərindən qoruyan meyvələrdən biridir. Ümüz toxumları və üzərindəki nazik qabığı ilə birlikdə yeyilməlidir.

Böyürtkən - Xərçəng hüceyrələrinin ölməsinə kömək edir. Bu meyvənin qarpaqlarıda çox faydalıdır. Onlardan dəmləmə kimi istifadə etmək olar.

Gilas - Xərçəngin yaranmasına və onun yayılmasına mane olur. Xüsusilə süd vəzi, dəri ,ağciyər və qaraciyər xərçənglərində təsirli vasitədir.

Qarpız- A və C vitamini ilə zəngindir. Tərkibindəki yararlı maddələr sayəsində xərçəngə qarşı qoruyucu təsirə malikdir. O, bədəni tiksik maddələrdən də təmizləyir.

Qırmızı turp - Ağcyəri xərçəngi riskini azaldır, süd vəzi xərçəngindən qoruyur.

Qırmızı bibər- C vitamini ilə boldur. Bu vitamin qrupu xərçəng hüceyrələrinin inkişafınıləngidir və immuniteti gücləndirir.

Brokoli - C vitamini, betakaroten, kalsiyum la boldur. Xərçəngdən müdafiə edən maddələr var. Xüsusilə bağırsaq, süd vəzi xərçənginə qarşı qoruyucu özəlliyə sahibdir.

Pomidor - Xüsusilə az bişmiş şəkildə qəbul edilən pomidor prostat xəstəliklərindən müdafiə edir. Onun tərkibindəki likopen maddəsi ağciyər, süd vəzi xərçənginidə əngəlləyir.

Sarmısaq - Xərçəngin yayılmasının qarşısını alır. Ondan həmdə xərçənglə müalicə zamanı istifadə etməkdə olar. Araşdırmalara görə, sarımsaq mədə, süd vəzi, bağırsaq, yemək borusu, prostat və dəri xərşənginin yaranması və irəliləməsinə mane olur. Hər gün 1-2 diş istifadə edilməsi məsləhətdir.

Yer kökü - gündə 2 stəkan yerkökü şirəsi prostat xərçəngi riskini 20 faiz azaldır.

Ananas - meyvənin tərkibindəki faydalı maddələr şiş hüceyrələri yaranmasına bir başa müsbət təsir edir. Xüsusilədə ağciyər, yumurtalıq, dəri xərçəngi şişlərinin inkişafında faydalıdır.

Qoz-fındıq - Qoz "Omega 3" yağ turşuları ilə həm xərçəngdən qoruyur, həm də ürək damar xəstəlikləri üçün faydalıdır. Gündə 1 ovuç qoz ləpəsi yemək tövsiyyə edilir. E vitamini ilə zəngin olan fındıq da həm xərçəngdən, həm də qırışların yaranmasından qoruyur. Onun tərkibindəki doymuş yağlar sağlamlığa zərəli deyil.

Əncir- Dəmir və kalsiumla boldur. Həzm sisteminin işini asanlaşdırır və xərçəngə qarşı müdafiə sistemi yaradır.

İspanaq - İstər xərçəngə, istər ürək-damar, istərsədə yüksək təyziqdə faydalıdır.

Balqabaq toxumu- E vitamini ilə zəngindir. Xərçəng hüceyrələrinin yaranmasına mane olur və immuniteti gücləndirir.

Kələm - Süd vəzi və yumurtalıq xərçəngində təsirli vasitədir. Bədəndəki zərəli maddələrin atılmasına kömək edir.

Düyü - E və B vitaminləri ilə boldur. Bağırsaq xərçənginə qarşı qoruyucu, infarkt riskini azaldan təsirə malikdir.

Soğan - Mədə və bağırsaq xərçəngindən mühafizə edir.

Yaşıl çay - Hər gün yaşıl çay içmək məsləhətdir. Belə ki onun tərkibindəki xərçənglə mübarizə aparan maddələr qana keçərək bədənin hər bir hissəsinə yayılır və şişlərin yaranmasına mane olur.

Qatıq - Evdə hazırlanan qatığın tərkibindəki maddələr sağlamlığın böyük dostu, xərçəngin isə böyük düşmənidir. Xüsusilə süd vəzi və ağciyər xəstəliklərinin.

Sağlamlıq     Baxılıb: 4915   Tarix: 28 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

hamilelikde qidalanma kosmetika mehsullari makiyaj etmek qaydalari kısa saç düzümləri arıqlama pəhriz janrlar azadqadin kosmetika tanisliq novruz bayrami rus dili 2ci ders qaynana novruz bayramina aid hakisdalar