Xərçəngi yaradan parazitlərdir, diaqnoz da, müalicə də səhv gedir - Moskvada yaşayan azərbaycanlı həkim

Xərçəngi yaradan parazitlərdir, diaqnoz da, müalicə də səhv gedir - Moskvada yaşayan azərbaycanlı həkimXərçəngi yaradan parazitlərdir, diaqnoz da,  müalicə də səhv gedir - Moskvada yaşayan azərbaycanlı həkim
Milli.Az bildirir ki, Moskvada yaşayan tanınmış azərbaycanlı həkim Səbahəddin Hüseynov medicina.az-ın xərçəng xəstəliyi ilə bağlı ünvanlandığı suallara cavablar verib. O, xəstəliyin yaranma səbəbləri, bu sahədə həkim yanlışlığından doğan faciələr, səhv diaqnoza görə yaranan problemlər barədə inanılmaz fikirlər söyləyib. Həkimlərin cavablarını yazı şəklində təqdim edirik:
Tibb elmi xərçəngi sağalmaz xəstəlik hesab edir. Xəstəliyin əsas müalicə üsulu cərrahi əməliyyat, əlavə üsullar - kimiyaterapiya və şua müalicəsidir.
Əgər xəstə belə əziyyətlərlə 2-5 il yaşayırsa, müalicə uğurlu sayılır. Nadir hallarda bəzi xəstələr 5 ildən çox yaşayırlar.
Onkoloji müalicədən nadir hallarda imtina edən bəzi xəstələr gözlənilmədən çox yaşayırlar.
Dəhşətli xəstəliyin səbəbləri
Xərçəng xəstəliyinin səbəbi indiyədək məlum deyil. Bu o deməkdir ki, müasir diaqnoz üsulları, xərçəng xəstəliyinin səbəbini tapmağa həkimlərə kömək edə bilmirlər (KT, MRT, PET, US, endoskopiya, müxtəlif analizlər, o cümlədən, histoloji analiz). Xəstəliyin səbəbi bilinmirsə, onu sağaltmaq olarmı? Əlbəttə, yox! Tikan çıxmasa, yara sağalmaz.
Əksər xəstəliklərin səbəbi - parazitlər, göbələklər, qurdlar, bakteriyalar, viruslar, ibtidailərdir. Digər səbəb isə stress, qorxu, neqativ xarici amillər və təsirlərdir. Parazit və göbələklərin yaratdığı toksinlərə həssaslıq artdıqca müəyyən orqanlarda pozulmalar, şişlər yaranır.
Xərçəng yaradan parazitlər hansılardır
Xərçəng diaqnozu qoyulmuş bütün xəstələrdə müxtəlif növ parazitlər aşkar etmişdik. Əksər hallarda düzgün parazitoloji müalicə olunduqdan sonra xərçəng əlamətləri itir. Xərçəng diaqnozu qoyulacaq pasiyentlərdə mütləq bu parazitlər, qurdlar olur:
- Qurdlardan - trihenelloz, tosakaroz, şistosomoz, ehinokokkoz, alveokokkoz, dirofilarioz, paraqonimoz, opistorhoz. klonorhoz, fassiolöz, ankilostomoz,
- Göbələklərdən - nokardioz. aktinomikoz, mikozis funqoides, sporotrioz, asperqillöz,mukoroz. - Bakteriyalar (leptospiroz. brusella, öküz vərəmi) q/ ibtidailər (visseral leyşmanioz. malariya, dizenteriya amöbları).
Xərçəng diaqnozu qoyulan parazit daşıyıcıları
Bəs nəyə görə bu xəstələrə xərçəng diaqnozu qoyulub? Yadınıza salın, ağcaqanad dişləyən yerdə də müvəqqəti şiş əmələ gəlir. Parazitlər isə xəstənin orqanlarını illərlə zədələyirlər! Nəticədə, şişlər, kistlər, poliplər, düyünlər əmələ gəlir, limfa düyünləri böyüyür. Onları US, rentgen, KT, MRT, PET, endoskoplarla görmək olur. Bir çox hallarda, artıq bu mərhələdə xəstələrə xərçəng diaqnozu qoyulur!
Statistik göstəricilərə görə, exinokokoz xəstələrinə 90% hallarda xərçəng diaqnozu qoyulur! Alveokokkoz ətrafındakı orqanlara çəkir. Onun hissələri qanla müxtəlif orqanlara yayılır, orada inkişaf edir. Bu xərçəngə çox oxşayır! Daxili orqanlarda bitən bir çox göbələklərin bədəni şişə oxşayır. Onların toxumları, kökləri qanla yayılıb, başqa orqanlarda inkişaf edirlər. Bu da xərçəngə oxşayır.
Xərçəngə görə aparılan əməliyyatların ağır fəsadları
Onkologiyada qəbul olunan fərziyyəyə görə, xərçəng hüceyrələri xəstələrin orqanlarının hüceyrələrindən əmələ gəlir, lakin onlara oxşamır. Həkimlər ən çox histoloji analizə inanırlar. Şişləri biopsiya, əməliyyat etməyə çalışırlar və burda da ən böyük səhvə yol verirlər: Diqqətli olun! Trihinellöz. ehinokokoz, alveokokoz şişlərini bilmədən zədələmək olmaz! Parazitlər orqanlara yayılır, yeni şişlər əmələ gəlir!
Əksər histoloqlar adamın orqanlarının hüceyrələrini tanıyırlar, parazitlərin hüceyrələrini isə tanımırlar. Onlar heç yada düşmür! Əlbəttə, parazitlərin hüceyrələri insan hüceyrələrinə oxşamır. Odur ki. onları xərçəng hüceyrələri adlandırırlar!
Effektli cərrahi əməliyyat ancaq parazitlər yayılmayanda ola bilər. Onkomarkerlər də dəqiq müayinə üsulu deyil. Onkoloqlar etiraf edir ki, onkomarkerlər yüksək olan adamların əksəriyyətində xərçəng hüceyrələri aşkar olmur. Bəzi yayılmış xərçəng xəstələrində isə. onkomarkerlər normal olur.
Onkologiyada qəbul olan fərziyyəyə görə, xərçəng hüceyrələri xəstələrin orqanlarının hüceyrələrindən əmələ gəlir. Deməli, xərçəng hüceyrələrini məhv etmək üçün kimiyaterapiya dərmanları, sağlam hüceyrələri də məhv edə bilər. Biz 20 kursdan artıq kimiyaterapiya qəbul edən xəstələrdə parazitlər aşkar edirik. Deməli, kimiyaterapiya parazitləri məhv etmir, xəstəni isə öldürə bilər!
Şua müalicəsi ilə ancaq şualanan yerdəki parazitləri, şişləri yandırmaq olar. Sağ qalan parazitlər isə aqressivləşir. Ancaq "İmedis" cihazı ilə bütün parazitləri dəqiq müayinə edib, məhv etmək mümkündü! Bu aparatı isə düzgün tətbiq edən kadrlar çox azdır və demək olar ki, yoxdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1508   Tarix: 11 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı