Xərçəngin ilk siqnalları: diqqətli olun

Xərçəngin ilk siqnalları: diqqətli olunXərçəng - ən məkrli xəstəliklərdən biridir, çünki ilkin mərhələlərdə demək olar ki, heç bir əlamət verməyə bilər. Məhz buna görə də orqanizmin ilk xəbərdarlıq siqnallarını bilmək və onları laqeyd yanaşmamaq çox vacibdir.
Milli.Az xəbər verir ki, ən çox rast gəlinən əlamətlərdən biri qəfil və səbəbsiz çəki itkisidir. Əgər heç bir pəhriz və fiziki yüklənmə olmadan arıqlayırsınızsa, bu, orqanizmdə pozğunluqlardan, o cümlədən bədxassəli prosesin inkişafından xəbər verə bilər.
Başqa bir simptom - daimi yorğunluqdur. İnsan kifayət qədər yatsa, düzgün qidalansa belə, yenə də gücsüzlük hiss edə bilər. Bu xroniki halsızlıq bəzən orqanizmin şiş hüceyrələri ilə mübarizəyə enerji sərf etdiyini göstərə bilər.
Dəridə baş verən dəyişikliklərə də laqeyd yanaşmaq olmaz. Xallar, ləkələr, qeyri-adi səpkilər böyüyürsə, rəngini və ya formasını dəyişirsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Bu, melanoma və ya digər dəri şişlərinin ilk əlaməti ola bilər.
Həyəcan siqnallarına dəri altında yaranan bərkimələr və yeni törəmələr də daxildir. Bir çox insan buna fikir vermir, halbuki bu "şişlər" çox vaxt xəstəliyin ilkin əlaməti olur.
Həzm və ya sidik ifrazı pozğunluqları da önəmli göstəricidir. Daimi qıcqırma, nəcis və ya sidikdə qan, udmada və ya defekasiyada çətinliklər ciddi narahatlıq doğurmalıdır. Bu əlamətlər mədə, bağırsaq və ya sidik-cinsiyyət sistemi xərçəngi ilə bağlı ola bilər.
Həftələrlə keçməyən öskürək, xüsusən qan və ya sinə ağrısı ilə müşayiət olunursa, ağciyərlərdə onkoloji proseslərin göstəricisi ola bilər.
Xərçəngin məkrli tərəfi ondadır ki, çox vaxt adi narahatlıqların arxasında gizlənir. Məhz buna görə də müntəzəm müayinələr və öz orqanizminə diqqətli yanaşmaq erkən diaqnostikada əsas rol oynayır. Xəstəlik nə qədər tez aşkar edilsə, uğurlu müalicə şansı bir o qədər yüksək olar. (baku.ws)
Milli.Az

Xəbərlər     Baxılıb: 1106   Tarix: 20 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim seçimi qadin dunyasi gözəllik məhsulları hakista geyim kombinasiyalari yay donlari 2026 kosmetoloq kosmetika sirin qogal novruz hakistasi novruz bayrami hakisda mekteb vetene aid bayati