Xərçəngin inkişaf riskini üç dəfə artıran içki: əsas orqanları
Alimlər xərçəngin inkişaf riskini üç dəfə artıran içkinin adını açıqlayıblar. Mütəxəssislər hesab edirlər ki, ənənəvi kalabas qabında təqdim edilən Paraqvay mate çayı onkologiyanın altı növünün inkişafına səbəb olur.
Milli.Az "sputnik"-ə istinadən xəbər verir ki, xərçəng xəstəliyinin inkişafı ilə bağlı hər beş hadisədən biri antioksidant mənbəyi hesab edilən bu çayla əlaqədar olduğunu sübut edən araşdırma aparılıb:
"Əgər uzun müddət və çox miqdarda mate içilsə, o halda bu, prostat vəzi, sidik kisəsi, ağciyər, ağız boşluğu, qida borusu, baş və boyun xərçəngi riskini artırır", - deyə ABŞ Sloun-Ketterinq adına Memorial Onkoloji Mərkəzindən məsələyə izahat veriblər.
Adıçəkilən içkinin tərkibində qızardılmış ətdə və tütün tüstüsündə də olan polisiklik aromatik karbohidrogenlər var.
Uruqvayda minlərlə yetkin insanın iştirakı ilə aparılan tədqiqat zamanı alimlər müəyyən ediblər ki, tez-tez mate içən insanlarda ağciyər xərçənginin inkişaf riski 60 faiz daha yüksəkdir.
"Daily Express" qeyd edir ki, mütəxəssislərin gəldiyi nəticə ziddiyyətlidir, çünki digər tədqiqat zamanı matedə ürək-damar və onkoloji xəstəliklərin inkişaf riskini azaldan unikal bitki maddələri aşkarlanıb.
Mütəxəssislər yekunlaşdıraraq bildiriblər ki, bu çayın orta səviyyədə içilməsi təhlükəsizdir, ancaq onu çox miqdarda içənlər özlərini məhdudlaşdırmalıdırlar.
Bu yaxınlarda ingilis əczaçı Abbas Kənani səhər oyandıqdan sonra uzun müddət davam edən boğaz ağrısı onkologiyanın ilkin əlamətlərindən biri ola biləcəyini qeyd edib. O, əlavə edib ki, xərçəngin erkən əlamətlərinə həmçinin səhər tezdən öskürək, halsızlıq və bu halın xəstədə səhərdən axşama qədər müşahidə olması da daxildir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi