Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı

Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldıŞərqi Anadolunun yüksək yaylalarından toplanan və xalq arasında "ışkın", "ırgın" və ya "uçkun" kimi tanınan bu bitki, xərçəngin müalicəsində perspektivli təsiri ilə dünya tibb ictimaiyyətinin diqqətini cəlb edib. Təbii şəraitdə yetişən bu bitki artıq yalnız regional dəyər deyil - beynəlxalq sağlamlıq resursuna çevrilməkdədir. Bu bitkinin latın dilində adı "Rheum ribes"dir.
Milli.Az xəbər verir ki, Atlanta Universitetində aparılan tədqiqatlar ışkının tərkibindəki maddələrin xərçənglə mübarizədə təsirli ola biləcəyini göstərib. Bu nəticələr bitkinin yalnız xalq təbabətində deyil, həm də müasir tibbdə istifadə olunma ehtimalını gücləndirib. Həmin araşdırma ışkını qlobal sağlamlıq gündəminə gətirib və onun ABŞ də daxil olmaqla bir çox ölkədə maraqla qarşılanmasına səbəb olub.
Sağlamlığa faydaları nədir?
Işkın yüksək miqdarda C vitamini ilə yanaşı, A, B1, B2, E və K vitaminləri ilə də zəngindir. Bu bitki təravətli şəkildə istehlak edildikdə həzmi asanlaşdırır, ürəkbulanmanı aradan qaldırır və immun sistemini gücləndirir. Qripal infeksiyalar və hərarətə qarşı da faydalı təsirləri ilə tanınır. Yerli əhali illərdir müxtəlif xəstəliklərin müalicəsində bu bitkidən istifadə edir və son araşdırmalar bu ənənəvi biliklərin elmi əsaslarını ortaya qoyub.
Tələbat artır, qiymətlər dəyişir
Ərzincanda uzun illərdir dağlardan ışkın toplayıb satan yerli sakinlərdən biri, İsa Kurt bildirir ki, bu bitkiyə son dövrlərdə maraq əhəmiyyətli dərəcədə artıb. Təkcə Şərqi Anadolu bölgəsindən deyil, Türkiyənin qərb bölgələrindən də alıcılar gəlir. Tələbat artdıqca, satışlar da artır, amma yaxın vaxtlarda məhsul bolluğu səbəbilə qiymətlərin nisbətən aşağı düşəcəyi gözlənilir.
Sağlamlıq sirlərinin sərhədləri aşması
Bir vaxtlar yalnız dağ kəndlərinin təbii sərvəti olan ışkın, indi beynəlxalq tibb dairələrinin maraq göstərdiyi bir müalicə vasitəsinə çevrilib. Xərçəng müalicəsində potensialı ilə bağlı aparılan araşdırmalar bu bitkini sadəcə lokal deyil, qlobal bir sağlamlıq ümidinə çevirib. Hazırda yerli əhali ışkını daha intensiv şəkildə yığaraq həm iqtisadi, həm də tibbi baxımdan bu fürsətdən yararlanmağa çalışır./E-saglam.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1429   Tarix: 21 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

turlar.az

aksessuarlar gözəllik məhsulları geyim necə seçməli 8 mart tebrikleri etiraflar viktoriya sekret 2026 gəlinliklər kosmetika tapmacalar bayatılar seksler paxlava xanim.az