Xərçəngin yaranmasının 6 GİZLİ SƏBƏBİ - İnanılmaz MƏQAMLAR

Xərçəngin yaranmasının 6 GİZLİ SƏBƏBİ - İnanılmaz MƏQAMLARHamı bilir ki, irsiyyət, siqaret, alkoqol və sair amillər xərçəngin inkişaf etməsinə təsir göstərir.
Amma onkoloji xəstəliklərin inkişafının gözlənilməz səbəbləri də az deyil.
Publika.az oxucuları xərçəng xəstəliyinin yaranmasının gizli səbəbləri ilə tanış edib.
Səbəb - № 1: İsti çay
Çox az adam bilir ki, qaynar çay qida borusu xərçənginin inkişafına səbəb ola bilər. Onkoloji tədqiqatların nəticələri əsasında məlum olub ki, 65 dərəcədən yuxarı temperatur qida borusuna ziyandır. Məsələ ondadır ki, qaynar su qida borusuna düşən zaman qişanın dağılmasına gətirib çıxara bilər, bu isə sizin sağlamlığımız üçün yaxşı heç nə vəd etmir. Əgər siqaret çəkir və ya tez-tez alkoqol qəbul edirsinizsə, onda xərçəngin yaranma ehtimalı beş dəfə artır.
Səbəb № 2: Artıq çəki
Artıq çəki də xərçəng inkişafına səbəb olan amillərdən biridir. Bədənin kütləsi nə qədər çoxdursa, risk bir o qədər yüksəkdir. Məsələ ondadır ki, piylənmə nəticəsində iltihabi proseslərin inkişaf ehtimalı artır. Arıqlayan insan isə qida borusu, qaraciyər və mədə xərçəngi, o cümlədən ateroskleroz, şəkərli diabet və yüksək təzyiq kimi risklərdən xilas olur.
Səbəb №3: Hündür boy
Bu, çox gözlənilməz oldu, amma həqiqətən də boyun hündürlüyü xərçəng riskinə təsir edir. Bu qarşılıqlı əlaqə keçmiş yüzilliyin əllinci illərində aşkar edilib. İnsanın boyu nə qədər hündürdürsə, xərçəngin inkişaf ehtimalı da bir o qədər yüksəkdir. Hesab edilir ki, yüksək boylu insanlarda hüceyrələr daha çoxdur, odur ki, onların mutasiyasının ehtimalı daha çoxdur. Bu amilə təsir etmək mümkün deyil, amma hündürboy insanlar mütəmadi olaraq lazimi müayinələrdən keçərək öz sağlamlığının qayğısına qala bilər.
Səbəb №4: Günorta gəzintisi
Günorta günəşi heç də təsadüfi olaraq təhlükəli hesab edilmir. Hətta 10-15 dəqiqəlik gəzinti neqativ effekt göstərməyə qadirdir. İsti günəş dərimizə çox güclü zərər verir. Zərərli təsirlərdən qorumaq üçün 30 SPF qoruyucu kremlərdən istifadə etmək lazımdır. Bundan başqa, yüngül bağlı geyim, şlyapa və günəş eynəkləri xərçəngdən müdafiə olunmağa kömək edəcək.
Səbəb №5: tonqal və ət tüstüsü
Nə qədər qəribə olsa da, tədqiqatların nəticələri belədir. Məlum olub ki, manqalın və ya tonqalın yanında çox dayanan insanlar xərçəng riskinə daha meyillidir. Onlar dəri vasitəsilə polisiklik ətirli karbohidrogen adlanan kimyəvi maddələrin təsirinə daha çox məruz qalır. Onlar kanserogen maddələrdir və xərçəngin inkişafının ehtimalını artırırlar. Bu baxımdan, yay əyləncələri vaxtı bağlı geyimdən istifadə etmək və tüstüdən qorunmaq daha yaxşıdır.
Səbəb №6: Gecələr işləmək
Araşdırmalar göstərir ki, gecələr işləmək xərçəngin səbəbi ola bilər. Bu fakt sizə şübhəli görünsə də, bəzi alimlər bu əlaqəni öz araşdırmalarında sübut edib. Gecələr işləmək stresə, tükənmişliyə gətirib çıxarır ki, bu da xərçəngin yaranması ilə nəticələnir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1162   Tarix: 28 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gözəllik məhsulları qadin sayti adlarin menasi xeyanet alt geyimləri münasibətlər ailə hamiləlik kosmetika qiz evi gözəllik saglam qidalanma novruz bayramina aid burclerin uygunlugu