Xərçənglə bağlı araşdırmanın nəticəsi şok etdi - Çarəsi evlilikdir

Xərçənglə bağlı araşdırmanın nəticəsi şok etdi - Çarəsi evlilikdirEvlilik xərçəng xəstələrini sağaltmaqda kimyaterapiyadan daha güclü təsir göstərir.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, nəşr edilmiş yeni bir araşdırmada bu nəticəyə gəlinib.
Araşdırma xərçəng xəstələri üçün evliliyin faydaları ilə bağlı əldə etdiyi nəticələrə görə son zamanlarda sosial mediada gündəm olub.
Tədqiqatçılar evli xəstələrin subay xəstələrə nisbətən metastatik xərçəngə tutulma ehtimalının daha az olduğunu, müvafiq müalicə alma ehtimalının daha yüksək olduğunu və xərçəngdən ölmə ehtimalının 33%-ə qədər az olduğunu müəyyən ediblər.
Araşdırma kişilərin evlilikdən əldə etdiyi faydanın qadınlardan daha çox olduğunu da üzə çıxarıb.
Təəccüblüdür ki, prostat, döş, kolorektal, qida borusu, baş və ya boyun xərçəngindən əziyyət çəkənlər üçün evliliyin sağ qalmaqda rolunun kemoterapiyadan 20% daha çox olduğu müəyyən edilib.
"Daily Mail" yazır ki, tədqiqat 2004-2008-ci illər arasında ən ölümcül 10 xərçəngdən birindən əziyyət çəkən 734 889 xəstəni əhatə edib. Onlar ağciyər, kolorektal, döş, mədəaltı vəzi, prostat, qaraciyər, lenfoma, baş/boyun, yumurtalıq və yemək borusu xərçənglərinə tutulmuş insanlar olublar.
"Journal of Clinical Oncology" jurnalında dərc edilən araşdırmada evli olmayan iştirakçıların orta yaşı 66, evli iştirakçıların isə orta yaşı 63 olub. Evli xəstələrin daha yüksək gəlir və təhsilə sahib olduğu və onların əməliyyatla müalicə olunma ehtimalının 53% olduğu müəyyən edilib. Həmçinin, evli xəstələrin xərçəngdən ölmə ehtimalı da 12-33% daha az olub.
"Biz evli olmayan xəstələrin, o cümlədən dul olanların metastatik xərçəngə tutulma, xərçəngin qeyri-adekvat müalicəsi və xərçəngdən ölüm riskinin evli xəstələrə nisbətən daha yüksək olduğunu gördük", - deyə tədqiqatçılar vurğulayıblar.
Onlar qeyd ediblər ki, bu nəticə depressiya, narahatlıq və stressi azaldan tərəfdaşın emosional dəstəyi ilə bağlı ola bilər. Stress xərçəngin böyüməsini təşviq edən iltihaba səbəb olur. Komanda evlilərin fiziki ehtiyaclarını daha yaxşı qarşılaya bildiklərini də ifadə edib.
Həkimlər bildirirlər ki, evli olmayan xərçəng xəstələrində psixi sağlamlıq problemlərinin baş vermə ehtimalı da daha çoxdur.
Ən həssas qrupu boşanmış və ya həyat yoldaşını itirmiş kişilər təşkil edir.
"Xərçəng təcridedici bir təcrübədir. Xəstənin vəziyyətini izləyən, onu həkimlə görüşlər və prosedurlar zamanı müşayiət edən, öz dəstəyini əsirgəməyən bir tərəfdaşın olması nəticələri yaxşılaşdıra bilər", - deyə onkoloq Dr. Deniel Lendo bildirib.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1433   Tarix: 07 iyun 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yaz geyimleri 2026 donlar 2026 qadin sayti doğumu necə keçirtdim hamiləlik testi menstruasiya yataqda seks kosmetika bürcler vətən həsrətinə aid bayatılar bayraq şəhid efsane