Xərçənglə mübarizə aparmış məşhurlarımız

Xərçənglə mübarizə aparmış məşhurlarımızİstər dünya, istərsə də yerli sənət adamlarının həyatına, yaradıcılığına son qoyan xəstəliklərdən biri, ən dəhşətlisi xərçəngdir. Əsrin bəlası olan bu xəstəliyə qurban gedən məşhurlarla yanaşı, onunla mübarizə aparan və bu bəlaya qalib gələn məşhurlar da az deyil.

Oxucularımıza bu xəstəlikdən dünyasını dəyişən, mübarizə aparan və qalib gələn məşhurların siyahısını təqdim edirik:

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIXalq artisti, görkəmli muğam ifaçısı Ağaxan Abdullayev uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Bir neçə dəfə əməliyyat edilsə də, 2016-cı il dekabrın 25-də 66 yaşında vəfat edib.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIƏməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIXalq artisti, Rus Dram Teatrının aktrisası Nataliya Tağıyeva xərçəngdən əziyyət çəkib. Bir neçə dəfə müalicələr alan aktrisa 2005-ci ildə 51 yaşında dünyasını dəyişib.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIXalq şairi, görkəmli dramaturq Vaqif Səmədoğlu da xərçəngdən əziyyət çəkən və bu xəstəliyə məğlub olan məşhurlar sırasındadır. Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 75 yaşında dünyasını dəyişib.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHISəməd Vurğun ailəsinin digər üzvü, Vaqif Səmədoğlunun böyük qardaşı Yusif Səmədoğlu da xərçəng xəstəliyindən əziyyət çəkib. 1998-ci il avqustun 17-də 62 yaşında vəfat edib.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIAzərbaycanın əməkdar artisti, Musiqili Teatrın aktrisası Xanım Qafarova süd vəzisi xərçəngindən əziyyət çəkib. O, 2014-cü il iyulun 11-də, 47 yaşında vəfat edib.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHITanınmış rejissor Şahin Zəkizadə də xərçəng (qan xərçəngi-leykoz) xəstəliyindən vəfat edən məşhurlardandır.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIƏməkdar artisti, tanınmış aktyor Firuz Xudaverdiyev də xərçəng xəstəliyindən vəfat edib. Firuz Xudaverdiyev Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb. F.Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, "Pəncərədə işıq", "Biz qayıdacağıq", "Günaydın mələyim" və s. ekran əsərlərində çəkilib.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIHəmçinin əməkdar artist Hamlet Qurbanov, Tələt Rəhmanov, "Bir cənub şəhərində" filmində oynadığı Həsən rolu ilə uğur qazanan Məcid Dadaşov, aktrisa Vəfa Fətullayeva, Şahmar Ələkbərov, Əlibala Əsgərov, rejissor Fikrət Əliyev, xalq artisti, görkəmli xanəndə, Akademik Opera və Balet Teatrının solisti Rübabə Muradova da xərçəng xəstəliyindən əziyyət çəkənlər sırasındadır.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIXəstəliyə qalib gələn məşhurlar xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Şükufə Yusubovanın da bu xəstəliyindən əziyyət çəkdiyi deylir. Bu barədə mətbuatda az xəbərlər yayılsa da, xalq artistinin bir neçə il əvvəl ağır əməliyyat edildiyi məlumdur.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIXalq artisti, Azərbaycanın görkəmli opera müğənnisi, "Şöhrət" və "Şərəf" ordenli Xuraman Qasımovanın da, uzun illər əvvəl süd vəzisi xərçəngindən əziyyət çəkdiyi deyilib.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIHəmçinin əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva da xərçəngdən əziyyət çəkdiyi və bu xəstəliyə qalib gəlib.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIXalq artisti, tanınmış televiziya diktoru Rafiq Hüseynov 2013-cü ildən ağciyər xərçəngindən əziyyət çəkir. Türkiyədə əməliyyat edilən Rafiq Hüseynovun ağciyərinin üzərində şiş götürülüb. Hazırda ciddi müalicə alan Rafiq Hüseynov özünü normal hiss edir.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIƏməkdar artist, sevilən aktrisa Kübrabəyim Əliyeva uzun illər süd vəzisi xərçəngindən əziyyət çəkir. Ağır əməliyyatlar keçirən Kübra Əliyevanın müalicələri hazırda da, davam etməkdədir.

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız – SİYAHIƏməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova süd vəzisi xərçəngindən əziyyət çəkib. Uzun illər əvvəl Moskvada ağır əməliyyat edilən Hicran Nəsirova hazırda səhnədədir və sənət fəaliyyətini davam etdirir.

Əməkdar artist Coşqun Rəhimov da neçə illərdir qalxanabənzər vəzinin xərçəng ilə mübarizə aparır. Aktyor üç dəfə əməliyyat olunub və hazırda vəziyyəti normaldır.

Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva da müsahibələrinin birində onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi. Aşıq Samirənin sözlərinə görə, o, 7-8 il öncə həkimlərin səyi nəticəsində xərçəngə qalib gəlib.

Tanınmış aparıcı, bir sıra xeyriyyə işlərinin təşkilatçısıs Hacı Nuran (Hüseynov) bir neçə ildir ki, limfaqranulematoz xəstəliyi ilə (ağciyər xərçəng) ilə mübarizə aparır.

Aktrisa-aparıcı Zümrüd Qasımova da xərçəng xəstəliyə qalib gəlməyi bacarıb. 2010-cı ildən bəri döş xərçəngi ilə mübarizə aparan Zümrüd Qasımova bu xəstəliyin ailəsində irsi olduğunu bildirib. 17 ildir ki, amansız xərçənglə mübarizə aparan aparıcının vəziyyəti hazırda yaxşıdır.

Əməkdar artist Kəmalə Müzəffər də xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlardandır. Onun sifətində bazalioma (ən çox yayılan dəri xərçəngi-red) aşkarlanıb. Əməliyyat keçirən aktrisa, mütəmadi olaraq həkim müayinə və nəzarətindən keçir.

Qeyd edək ki, xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir. Hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır.

mənbə: BiG.AZ

Xəbərlər     Baxılıb: 3475   Tarix: 15 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

turlar.az

toy makiyajlari reseptler sade makiyaj sekilleri qisa saclarin yigilmasi usaq masajlari mantılar gavalinin faydasi kosmetika ana haqqinda bayati cekc pornuxa novruz bayrami gulmeli hakista əqrəb