Xəstə qadın 5 gün maşında yeməksiz və susuz qaldı

Xəstə qadın 5 gün maşında yeməksiz və susuz qaldıABŞ-ın Alabama ştatında keçən həftədən itkin elan olunan qadını tapıblar. "Daily Mail" qəzetinin yazdığına görə, o, beş gün maşında yeməksiz, susuz və dərmansız qalıb.
Bizimyol.info xəbər verir ki, 49 yaşlı Robin Coys Fançeri axırıncı dəfə aprelin 17-də səhər Hedlenddəki evindən çıxıb avtomobilinə əyləşəndə görmüşdülər. Qadın dostuyla görüşə getməliydi. Amma təyinat yerinə çatmamışdı. Bir sutka sonra uşaqları onun itkin düşməsi haqda məlumat yaymışdılar.

Robinin qızı Magen Hider izah etmişdi: "O, hər gün ya zəng vurur, ya da "Facebook" ilə əlaqə saxlayır. Mən dərhal başa düşdüm ki, nəsə qaydasında deyil və panikaya düşdüm

Beş gün sonra yoldan ötənlərdən biri qadının gümüşü avtomobilini xəndəkdə görüb. Hadisə yerinə polis və xilasedicilər gəlib, Fançeri oradan çıxarıblar. Onu xəndəkdən yarım saata xilas ediblər. Çünki qadın oturacaq və sükanın arasında sıxılıb qalıbmış. Robin huşunu itirməyib, xilasedicilərlə söhbət edirmiş.

Qadın elə həmin gün qəzaya düşübmüş. Avtomobil onun evindən bir az aralı xəndəyə aşıb. Çətin vəziyyətdən təkbaşına çıxa bilməyən Robinin kömək gözləməkdən başqa çarəsi qalmayıb. Beş gün dilinə yemək və su dəyməyib.

Fançerin qızı danışır ki, anasının böyrəyləri xəstədir və hər gün dərman qəbul etməlidir: "Maraqlıdır, bu qədər müddətdə dərmansız necə qalıb".

İndi Robin müalicə alır. Vəziyyəti sabitdir.

Xəbərlər     Baxılıb: 2158   Tarix: 26 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Tut yeməyin faydaları

Yay aylarının sevilən meyvələrindən olan tut təkcə dadı ilə deyil, zəngin qida tərkibi ilə də diqqət çəkir. axşam.az-a istinadən bildirir ki, vitamin, mineral və antioksidantlarla zəngin olan bu meyvə orqanizmin bir çox funksiyasın

.

Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar

Yay mövsümü istirahət, səyahət, çimərlik və açıq hava gəzintiləri ilə yadda qalsa da, isti aylar bəzi virus infeksiyalarının yayılması üçün əlverişli şərait yarada bilər. Buna səbəb təkcə yüksək temperatur deyil. Açıq havad

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test

Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur. xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredic

.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə esteti

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Kartofun ziyanı da varmış

Kartofun həddindən artıq istehlakı 2-ci tip şəkərli diabet və maddələr mübadiləsi ilə bağlı digər pozğunluqların yaranma riskini artıra bilər. Bu nəticəyə kartofun sağlamlığa təsirini araşdıran yapon alimləri gəliblər. -

.

Talassemiya ilə bağlı miflər və həqiqətlər

"Talassemiya ilə bağlı cəmiyyətdə formalaşmış bir sıra yanlış təsəvvürlər mövcuddur və bu yanaşmalar həm xəstələrin həyat keyfiyyətinə, həm də profilaktik tədbirlərin effektivliyinə mənfi təsir göstərir". xəbə

.

10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız

Yuxuya getmə müddəti insanın sağlamlığı haqqında vacib məlumat verə bilər. Mütəxəssislərin fikrincə, ideal vaxt 10-20 dəqiqədir. xəbər verir ki, davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerupun sözlərinə görə

turlar.az

kosmetoloq hamiləlik yaz geyimleri 2026 xərçəng bürcü ana ve usaq pəhriz diet magura geyim kosmetika rus dilini oyrenek 2ci ders kahfe fali baliq burcu bayatı video