"Xəstələrin 40 faizi yoluxmuş olmasından xəbərsizdir" - həkim

"Xəstələrin 40 faizi yoluxmuş olmasından xəbərsizdir" - həkimMilli.Az xəbər verir ki, Rusiya Federasiyası Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko media.az-a verdiyi müsahibədə bildirib ki, təqvimlə əlaqədar qış aylarının yaşandığı Cənub yarımkürəsi hazırda infeksiyanın mərkəzi hesab olunur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la əlaqədar apardığı üç dərman preparatının sınaqlarını dayandırıb. Söhbət "hidroksixloroxin", "lopinavir" və "ritonavir" adlı dərmanlardan gedir. Bir neçə ay davam edən sınaqlardan sonra ÜST mütəxəssisləri yalnız "Remdesivir" adlı dərmanın effektli olduğunu təsdiq ediblər.
- Yay mövsümü gəlib, havanın temperaturu yüksəlib, ultrabənövşəyi şüalanmanın intensivliyi güclənib. Bir çoxları pandemiyanın yayılma tempinin azalacağını gözləyirdi, amma virus yayılmaqda davam edir, infeksiyanın sürəti artır...
- İndi ən intensiv proses (virusun yayılması üzrə - red.) Cənub yarımkürəsində - Braziliyada, Peruda, Çilidə gedir. Qış fəslində infeksiyanın hava-damcı yolu yayılması sürətlənir. ABŞ-da baş verən itaətsizlik və kütləvi etiraz aksiyaları də ayrıca müzakirə mövzusudur. "Siyasi vurnuxma" altarına millətlərin sağlamlığlı çıxarılıb. Avropaya gəlincə, Almaniyada, İspaniyada və İtaliyada vəziyyət normallaşır. Fransada isə vəziyyət o qədər də sabit deyil. Buna görə də, koronavirusun Şimal yarımkürəsində şiddətli olduğunu söyləmək doğru olmaz.
- Ancaq Azərbaycan günəş istisi ilə zəngindir...
- ...Siz yaxşı başa düşürsünüz ki, yalnız günəş istisi yetərli deyil. Bəli, ultrabənövşəyi şüalar virusla mübarizə aparmağa kömək edir. Ancaq qaydalara da əməl etmək lazımdır. Birincisi, gigiyena və fərdi qoruyucu vasitələrdən istifadədir. İkincisi, sosial məsafədir. Rusiyada olduğu kimi, Azərbaycanda da bu, problemli məsələdir.
Sağlamlığın qorunması mədəniyyəti olmalıdır. Hüzr məclislərinə, ad günlərinə gedirlər, elə deyilmi?
Skandinaviyalılar nə etdilər? Xalqlarının sağlamlıqlarını qorumaq mədəniyyətinə inandıqlarını söylədilər. Nə Rusiya, nə də Azərbaycan bununla öyünə bilməz. Xəstələrin 40 faizi yoluxmuş olmasından xəbərsizdir. Lakin başqalarını yoluxdururlar. Bir tərəfdən, bu, kollektiv immunitet yaradır. Digər tərəfdən, virus ilk növbədə yaşlı insanları ciddi təhlükə qarşısında qoyur, baxmayaraq ki, o, gənclərə də rəhm etmir.
Əminəm ki, Azərbaycanda yaşlılara hörmət qorunub saxlanılıb. Bunun mənası nədir? Onlara qayğı göstərmək, qorumaq lazımdır. Bir gənc imtinalara məhəl qoymur və sonra yaşlı şəxsin də yaşadığı evə gəlir... Onu yoluxdursa, nə olacaq? Azı bir yaşlı insanı ağır xəstələndirəcək.
Bir daha təkrar edirəm, bəli, ultrabənövşəyi şüa qəbulu çox faydalı təsir göstərir. Ancaq bu, kifayət deyil. Gündüzlər qısalmağa doğru gedir. Payızın gəldiyini unutmayın. Yumruğumuzu masaya vurmalı və əvvəlcədən sərt tədbirlər görməliyik.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1208   Tarix: 08 iyul 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

adlarin menasi reseptler toy makiyajlari pustenin faydalari qadın sağlamlıq şaftalının xeyri xorionik qonadotropin kosmetika nizami gəncəvi novruz bayrami hakisda janrlar novruza aid hakisdalar burclər