Xəstəlik mövsümü başladı
Bir gün içində dörd fəsli bir arada yaşadan ani temperatur dəyişiklikləri sağlamlığımıza həm psixoloji, həm fiziki, həm də maddələr mübadiləsi baxımından mənfi təsir göstərir.
Milli.Az xəbər verir ki, ölkə üzrə havanın qəfil və gözlənilməz dəyişməsi qrip kimi xəstəliklərin yayılmasına səbəb olur. Prof. Dr. Şevket Özkaya dəyişkən hava şəraitində nələrə diqqət yetirilməli olduğunu açıqlayıb. Onun sözlərinə görə iqlim dəyişikliyinin təsiri ilə mövsümi xəstəliklər artıq fəsildən asılı olmayaraq ilin istənilən dövründə ortaya çıxır. Bir gün ərzində dörd fəsli yaşamaq orqanizmə sistemli şəkildə təsir edir və qızdırma, öskürək, halsızlıq, uzunmüddətli yorğunluq və oynaq ağrıları kimi şikayətlərə yol açır. Bu əlamətlər hətta kiçik temperatur fərqində belə təkrarlanaraq "xroniki qrip" halına gələ bilir.
Prof. Dr. Özkaya həmçinin ani iqlim və temperatur dəyişikliklərinin psixoloji təsirlərinin də güclü olduğunu bildirib. O qeyd edib ki, bu dəyişikliklər narahatlıq, təşviş, yuxusuzluq, əzələ ağrıları və qidalanma pozğunluğu kimi fiziki və emosional əlamətlərlə özünü göstərə bilər. Qadınlar hava dəyişikliklərinə qarşı daha həssas ola bildiyi halda, kişilərdə isə adətən yuxu pozğunluğu, aqressivlik və dözümsüzlük kimi davranış dəyişiklikləri müşahidə olunur.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi