Xəstəliklərə qarşı müqavimət: D vitamini tələbatımızı necə ödəyək? - Həkimdən XƏBƏRDARLIQ

Xəstəliklərə qarşı müqavimət: D vitamini tələbatımızı necə ödəyək? - Həkimdən XƏBƏRDARLIQÖlkə ərazisində karantin rejiminin uzadılması, əksər şəhər və rayonlarda sərt karantin rejiminin tətbiqi insanları yay aylarında evə qapanmağa məcbur edir.
Mütəxəssislər bildirirlər ki, insanlar xəstəliklərdən müdafiə olunmaq üçün D vitamini qəbul etməlidir. Bu isə qidalardan daha çox, Günəş altında gəzməklə mümkündür. Hazırkı şərait isə buna imkan vermir.
Bəs çimərliyə gedə bilməyən, açıq havada gəzmək imkanı olmayan insanlar D vitamini ehtiyaclarını necə ödəməlidir?
Milli.Az bildirir ki, mövzu ilə bağlı publika.az-a danışan həkim-terapevt Rəqsanə Cəlilovanın sözlərinə görə, D vitamini orqanizmin öz fəaliyyətini davam etdirməsi, maddələr mübadiləsinin normal olması üçün çox önəmli rol oynayan bir hormondur:
"D vitamini çatışmazlığı zamanı insanlarda bir çox problemlər yarana bilər. Bu şəxslər halsızlıq, yuxusuzluq, əsəb, depressiya, stress, allergik və dəri xəstəlikləri, iştahsızlıq, sümük ağrıları kimi ağrı və problemlərlə qarşılaşa bilərlər. Bununla yanaşı, vitamin D azlığı olan insanlarda baş ağrısı ən çox rast gəlinən haldır. Çünki bu vitamin immun sistemini gücləndirir, maddələr mübadiləsini normaya salır. Ona görə də biz çalışmalıyıq ki, vitamin üzrə gündəlik tələbatı ödəyək və bunu miqdarında qəbul edək".
Həkim qeyd edib ki, D vitaminini insanlar bütü günü açıq havada gəzərək və gün ərzində Günəşin altında qalmaqla alacaqlarını düşünürlər. Amma əfsuslar olsun ki, belə bir yanaşma düzgün deyil: "D vitaminini normalda dərinin incə təbəqəsi qəbul edir, məsələn, qolun dirsəkdən aşağı iç üzü, hansı ki, dərinin nazik olduğu təbəqə. Günün müəyyən saatlarında qolumuzu dirsək hissədən qaldıraraq 20-30 dəqiqə Günəşə tərəf tutsaq, bu bizə kifayət edir ki, bədənimizin D vitamini tələbatını ödəyə bilək. Bütün gün Günəş şüaları altında qalmaq isə tövsiyə edilən hal deyil. Əgər D vitaminini zəngin olaraq bədənə qəbul etmək fikrimiz varsa, dirsəkdən aşağı qollarımızı Günəş işığı altında saxlamaq kifayətdir. Bunun saat 10-12 aralığında edilməsi daha məqsədəuyğundur".
R.Cəlilova bildirib ki, hazırda ofis şəraitində çalışan insanlar bu saat aralığında Günəşə çıxa bilmirlər və qidalarla D vitamini ehtiyaclarını qarşılayacaqlarını düşünürlər: "Əfsuslar olsun ki, qidalarda kifayət qədər tələbatımızı qarşılayacaq D vitamini yoxdur. Məsələn, süddən və ya qatıqdan bu vitamini ala bilmək üçün çoxlu istifadə edək. Biz gərək gün ərzində onlarla litr süd içək ki, o bizim günlük tələbatımızı ödəsin. Bu isə qeyri-mümkündür. Ən uyğun yol Günəş şüası qəbul etməkdir. Əgər D vitamini qida ilə tam qarşılana bilmirsə və açıq havada da gəzmək üçün məhdudiyyət varsa, o zaman vitamin D əlavələrindən istifadə etmək olar. Onlardan qida əlavəsi olaraq yararlanmaq olar. Amma bəzən insanlar hansısa analiz nəticəsi olmadan və qanda D vitamininin miqdarını yoxlatmadan apteklərdən vitamin alıb qəbul etməyi düşünürlər. Bu, tamamilə yanlıdır. Çünki D vitamini azlığı problem olduğu kimi, bədəndə çoxluğu da problemdir. Bu, bizim istəmədiyimiz bir şeydir. Çox olarsa, ciddi problemlərlə üzləşə bilərik. D vitamini şübhəsi olanlar həkimə müraciət etməlidir. Qanda onun miqdarına baxdıqdan sonra tövsiyə olunduğu halda əlavələrini qəbul edə bilərlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1519   Tarix: 31 iyul 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy makiyaji sekilleri reseptler geyim və ayaqqabılar pizza reseptləri anaya aid atalar sozu sərxan kərəmoğlu bayatilar vetene aid kosmetika masturbasiya brusell bakteriyası insan birlik haqqinda bayatılarımızda vətən həsrəti