Xəstəliyi olanlar Masazırdan ev almasınlar - Həkim riskləri AÇIQLADI

Xəstəliyi olanlar Masazırdan ev almasınlar - Həkim riskləri AÇIQLADISon zamanlar xroniki xəstəliyi və ya yüksək qan təzyiqi olan şəxslərin Masazır kimi ərazilərdən ev almaması ilə bağlı fikirlər səsləndirilir. Bildirilir ki, bu cür yaşayış məntəqələri onların səhhətinə mənfi təsir göstərə bilər. Masazırdakı duz gölünün də belə insanlar üçün zərərli olduğu qeyd olunur. İzah edilir ki,  duz təzyiqə təsir etdiyi üçün hipertoniyadan əziyyət çəkənlər həmin ərazidən uzaq durmaldır. O da deyilir ki, duz bədəndə bir sıra fizioloji dəyişikliklərə səbəb olaraq sümüklərin zəifləməsinə təsir göstərir. Yəni duzun yaratdığı əlaqəli proseslər nəticəsində sümük sıxlığı azalır, qığırdaq daha həssas olur və oynaqlarda fizioloji dəyişikliklər yaranır.
Bəs, bunlar nə dərəcədə əsaslı fikirlərdir?
Terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, tibbi baxımdan Masazır və ya digər yaşayış məntəqələrinin müəyyən xəstələr üçün xüsusi risk daşıdığına dair rəsmi elmi sənəd və ya qadağa yoxdur.
Onun sözlərinə görə, sadəcə xroniki xəstəliklərdən, xüsusilə də yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərin yaşayış yeri seçərkən daha diqqətli olması tövsiyə olunur:
"Yüksək təzyiq problemi olan insanlar hündür ərazilərdə yaşadıqda narahatlıq hiss edə bilərlər. Bu, onların təzyiq səviyyəsinə təsir edə bilər. Eyni şey astma, şəkər kimi xroniki xəstəlikləri olanlar üçün də keçərlidir. Amma Masazırla bağlı konkret bir tibbi qadağa yoxdur".
Həkim vurğulayıb ki, ev seçərkən mühitin həmin şəxsin səhhətinə təsir edib-etmədiyini yoxlamağın ən doğru yolu orada müəyyən müddət qalmaqdır:
"Məsələn, astması olan şəxs tozlu ağacların çox olduğu ərazilərdə çətinlik çəkə bilər. Yaxud təzyiq problemi olanlar dağlıq zonalarda yaşadıqda əlavə ehtiyat tədbirləri görməlidirlər".
G.Lətifova nəzərə çatdırıb ki, ümumilikdə bu sahədə konkret elmi göstəriş və ya qadağa olmasa da, fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalı və öncədən mühitə uyğunlaşma test edilməlidir.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 2048   Tarix: 11 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

donlar 2026 qadin sayti hamilelikde qidalanma dibcekler babil baglari qadın geyim və aksessuar dirnaq pilkalamaq kosmetika intim şirin qoğal xocali qaynanaya aid novruz bayrami