Xəstəxanaya aparılan məşhur meyxanaçıdan - ÜZÜCÜ XƏBƏR
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə olunan məşhur qəzəlxanın qaraciyərində də problem aşkarlanıb.
azxeber.com xəbər verir ki, bunu səhhətində ciddi problemlər yaranan tanınmış qəzəlxan Mahir Cürət yenicag.az-a açıqlamasında deyib.
O, səhhətinin yaxşılaşmağa doğru getdiyi bir ərəfədə daha bir xəstəliyin aşkarlanması səbəbindən yenidən müayinə olunacağını bildirib:
"Hazırda xəstəxanadayam, mənə qan köçürülür, sistemlər vurulur. Həkimlər sağalmağım üçün əllərindən gələni edirlər... Səhhətimdə irəliləyişlər hiss edirdim, ayağımdakı şişlər getdikcə çəkilirdi. Amma qaraciyərimdə fəsadların aşkarlanması durumu dəyişdi. Həkimlər bildirirlər ki, buna görə də ciddi müayinə olunmalıyam. Tam müayinələrdən sonra xəstəliyin diaqnozu qoyulacaq. İndiyə qədər bu orqandan şikayətim olmamışdı. Həkimlərin sözlərinə görə, qaraciyərdə xəstəlik olarkən əvvəlcə ağrılar olmur, son mərhələdə ağrılar özünü göstərir. Bütün xəstəliklərim bir-birinə qarışıb".
Qeyd edək ki, Mahir Cürət bir həftədən artıqdır ki, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə olunur.









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin