Xəyallarla yaşamağın faydaları

Xəyallarla yaşamağın faydalarıOturmaq və heç bir şey düşünmədən rahatlamaq ... Bunu etmək çox da mümkün deyil. Beyni istirahət rejiminə almağa çalışsanız belə fərqli xəyal dünyalarına daldığınızı görərsiniz. Bu vəziyyətin insanlara təsirləri nələrdir ?
Beynin xəyallara dalması niyə faydalıdır?
Oturmaq və heç bir şey düşünmədən rahatlamaq ... Bəzən bu boş xəyallar faydalı ola bilər.
Mütəxəssislər illərcə beynin xüsusi bir iş görərkən möhkəm çalışdığını və ya boş dayanarkən istirahət etdiyini düşünürdü. Təcrübələrdə barmaq oynatma, zehni ritmlə çalışdırma, şəkillərə baxma kimi tədbirlər zamanı insanların beyninin necə çalışdığını, hansı bölgələrin aktiv olduğunu, beynin davranışlarına necə nəzarət etmək lazım gəldiyini öyrənmək üçün müxtəlif araşdırmalar aparıblar.
Mütəxəssislər fərqli fəaliyyətlərdə beynin necə çalışdığını görmək illərlə araşdırmalar apararaq belə qənaətə gəliblər ki, beynin rahatlaması zamanı istənilən mərhələdə belə, beyindəki fəaliyyət davam edir və bu koordinasiyalı bir fəaliyyətdir.
İnsanlar istirahət halından digər bir fəaliyyətə keçdiyində beynin daha aktiv olması gözlənilir. Amma alimlər bu vəziyyətdə beynin bəzi bölgələrinin davamlı olaraq daha az aktiv hala gəldiyini deyirlər. Yəni, beyin arama cihazları içində bir şey etmədən, səssizcə yatarkən insanların beynində bəzi bölgələr hər hansı bir iş edərkən olduğundan daha aktiv hala gəlir.
Uzun illərin araşdırmaları beynin heç bir zaman dincəlmədiyini təsdiq edib. Yəni insan beyni istirahət edərkən belə məşğuldur.
Bu gün isə beynin "istirahət anında" çaşdırıcı dərəcədə məşğul olduğunu göstərən üç mindən çox araşdırma var. Bəziləri beyin heç bir zaman dincəlmədiyi üçün bu terminə qarşı çıxır. Onun yerinə, hər hansı bir fəaliyyət edilmədiyi anlardakı "beynin normal fəaliyyətinin" xarakterizə etməsini istifadə edirlər.
Yaxşı, bəs boş dayanarkən beyin niyə bu qədər aktivdir? Bu mövzuda bir çox nəzəriyyə var, amma hələ heç bir nəzəriyyə öz təsdiqini tapmayıb. Lakin bu fəaliyyət halı yaddaşın bərkiməsinə rol oynayır. Yuxuların yaddaşda məlumatların tənzimlənməsində rolu olduğu deyilirdi, indi isə gündüzləri də eyni şeyin olduğuna dair məlumatlar var.
Beyin öz halına buraxdıqda ümumiyyətlə gələcək üzərinə planlar qurduğunu da bilirik, axşam nə yediklərimiz, gələcək həftə hara gedəcəyimiz və s. Beynin gələcəyi xəyal etmə ilə əlaqədar üç qismi də "beynin normal fəaliyyəti" içində var. Yəni sanki beynimiz xüsusi bir tapşırıqla məşğul olmadığı zamanlarda, gələcək üzərinə planlar qurmaq üçün proqramlaşdırılmışdır.
Harvard Tibb Fakültəsindən Moshe Bar bunun xəyal qurmaqla əlaqədar olduğuna, xəyal qurmanın isə olmamış hadisələrlə əlaqədar yaddaşın meydana gəlməsini təmin etdiyinə inanır. Məsələn təyyarəyə minən çoxu insan təyyarənin düşməsini xəyalında canlandırır. Moşhe Bara görə, təyyarə düşsə, əvvəlki xəyal qurma dövründə meydana gəlmiş yaddaş dövrəyə girəcək və yolçunun necə davranması mövzusunda qərar verməsini asanlaşdıracaq.
Lakin normal nizamlarda beynin vəziyyətini araşdırmaq çox da asan bir iş deyil. Skayner cihazı içində yatan biri gələcəklə əlaqədar bir xəyal qurmaq yerinə cihazın çıxardığı səsləri ya da ətrafında olub bitənləri düşünür. Bu səbəblə bu mövzuda hələ cavab gözləyən bir çox sual var.
Lakin bəzi inkişaflar yox deyil. Bu il aparılan bir araşdırma, beynin istirahət anını hər kəsin fərqli yaşadığına işarə edir. Beş adamın ətraflı beyin yoxlaması edən mütəxəssislər insanların xəyal qurma, düşüncə və təcrübələrinin fərqli olduğunu gördü.
Boş dayanarkən ya da başqa bir işlə məşğul olarkən beynimizin xəyallara dalmasına və başqa şeylər düşünməsinə, maneə olmanın nə qədər çətin olduğunu hamımız bilirik. Amma bunun faydalı olduğunu bilmək, bəlkə beynimizə bir az daha fərqli nəzər salmağımızi təmin edəcək.
Milli.Az

Xəbərlər     Baxılıb: 1201   Tarix: 03 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadin dunyasi geymler 2026 kosmetoloq dərslər toy ideyalari laylalar milli yeməklər kosmetika eqreb xanim az paxlava rus dilini öyrənək