Xəzərdə batan neftçinin ailəsindən ürək dağlayan mənzərə - FOTO

Dekabrın 15-də bir ailədən iki nəfər Xəzərdə qərq oldu — Güloğlan və Azay (yaxınları Baloğlan çağırırmış) Zülfüqarov qardaşları. Ələt qəsəbəsinin sakinləri olan qardaşlar, həmin ərəfədə məzuniyyətdən qayıdıblar və dekabrın 13-də gəmiyə gecikməmək üçün taksi ilə Bakıya gəliblər.

Hər iki qardaş çalışaraq, həm öz ailələrinə baxırmış, həm də bacılarına. Valideynlərini çoxdan itirdikləri üçün, Güloğlanla Azay bacılarına atalıq edirmiş. Tikələrini də onlarla bölürmüş qardaşlar.

Kasıb ailədir Zülfüqarovlar. Güloğlan Zülfüqarovun evi "barak" kimi tanınan köhnə evlərdəndir — 12 kvadratmetr ancaq olar. Bu evdə 8 uşaq dünyaya göz açıb, böyüyüb. Heç həyətləri də yoxdur. Qapıdan girən kimi, iki kiçik otaq. İçərisi buz kimidir, ayağını yerə qoysan, soyuğu beynində hiss edirsən. Bu kiçik otaqları da Azərbaycan bayrağı ilə bəzəyiblər.

Güloğlanın həyat yoldaşı danışır ki, böyük oğullarını yenicə evləndiriblərmiş. Düşünürlərmiş ki, uşaqlar ailə sahibi olar, ailənin yükü azalar, bəlkə onların da nə vaxtsa normal, isti evi olar…

Qızı Günel 10-cu sinifdə oxuyur. Onun hələ bundan sonra daha çox ata qayğısına ehtiyacı olacaq. Günel çox yaxşı başa düşür. Başa düşür və yanır ürəyi. Danışa bilmir, gözyaşları süzülür iri, qara gözlərindən. Bircə onu deyir: "Nə olar, atam gəlsin, nə olar, atamı tapsınlar". "Güloğlan 1989-cu ildən dənizdə işləyir, uşaqlarına heç nədə korluq vermirdi. Eyni zamanda, mehriban, başadüşən insan idi. Onsuz necə olacaq halımız, bilmirəm. Paramparçayaq… Heç olmasa, ya ölüsünü tapsınlar, ya dirisini" — deyir həyat yoldaşı Tamara xanım.

Qeyd edək ki, Zülfüqarov Güloglan Hacıbala oğlu 23 dekabr 1965-ci ildə anadan olub. Səkkiz uşaq atasıdır: Pərvin, Elvin, Etibar, Elçin, Şahid, Ülkər, Günel və Şəfəq. Şəfəq hipertoniya xəstəsidir.

Qardaşı Azay Zülfüqarov isə 8 avqust 1971-ci il təvəllüdlüdür. İki uşaq atasıdır: 3 yaşlı Süleyman və 2 yaşlı Amin. Həyat yoldaşı Çimnaz xanımın sözlərinə görə, uşaqları neçə gündür "ata, ata" deyib ağlayırlar. Hər iki Zülfüqarovun ailəsi, mediada və sosial şəbəkədə, onların barəsində yayılan yalan xəbərlərdən çox narazıdır. "Bizi başa düşmədilər, tənqid etdilər. Heç nə demirəm, elə bizim dərdimiz boyda dərd yaşasınlar" — deyir Çimnaz xanım. "Azay bizim hər şeyimiz idi. Bacılarının, mənim dayağım idi. İki balamız vardı. Böyük arzularımız vardı. O gündən gözümüz yolda qalıb. Gecələr yata bilmirik. Onlar sulara qərq olublar. Sağdırlar-ölüdürlər, bilmirik. Yandırır bizi bu dərd" — deyən qadın gözyaşlarını sel kimi axıdır. O, Azayla sonuncu dəfə dekabrın 14-ü axşam danışıb. Uşaqlarından narahat imiş, dönə-dönə uşaqlarını Çimnaza tapşırıb. Deyib ki, "uşaqlarımdan muğayat ol, bura küləklidir, amma hər şey yaxşı olacaq". Çimnaz xanımın hönkürtüsünə, şirin yuxuda olan və hələ heç nədən xəbəri olmayan Amin oyanır. Atasının şəkilləri ilə qarşılaşır. "Ata" deyib gülümsünür./sputnik.az/
Xəzərdə batan neftçinin ailəsindən ürək dağlayan mənzərə - FOTOXəzərdə batan neftçinin ailəsindən ürək dağlayan mənzərə - FOTO

Xəbərlər     Baxılıb: 1943   Tarix: 27 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər. -ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdə

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Bu tərəvəz əsl MÖCÜZƏDİR

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir. qafqazinfo-ya istinadən xəbər verir ki, bu tərəvəz A vitamini ilə zəngindi

.

İnsanlar niyə yuxuda danışır?

Yuxuda danışmaq (somnilokviya) çox yayılmış haldır və əksər hallarda təhlükəli sayılmır. xəbər verir ki, bu vəziyyət parasomniyalara daxildir və həm yuxunun dərin, həm də REM mərhələsində baş verə bilər. Həkimlər bildiri

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

Saç yuyarkən bunları etməyin

Saç yuyarkən edilən bəzi gündəlik səhvlər zamanla saçların zəifləməsinə, tökülməsinə və qırılmasına səbəb ola bilər. Xüsusilə çox isti su ilə saç yumaq baş dərisinin qurumasına və saç tellərinin zədələnməsinə gətirib çıxarır

.

Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı

İspaniyada "MV Hondius" kruiz gəmisindən təxliyə edilən sərnişinlərdən daha birində hantavirus aşkarlanıb. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Tenerifedən Madriddək

.

Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. xəbər verir ki, bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir. Alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsin

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

turlar.az

sac duzumleri toy makiyaji sekilleri geyim seçimi aliment öhdəlikləri hamileliyin ilk elameti pul kisəsi hicab ortukleri kosmetika gülməli hakıştalar qaynana tapmacalar salam qiz burcu