Xəzərdə uçan meydança ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
İşçilər başqa platformaya köçürülüb
SOCAR-dan "İstiPress"ə verilən məlumata görə, dərhal müvafiq tədbirlər görülüb. SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunublar: "Ələt" yatağının tam olaraq elektrik enerjisi ilə təchiz edilməsi üçün müvəqqəti tutum qoyulub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Eyni zamanda, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb".
Qeyd olunub ki, bu gün dizel yanacağı tutumları dənizdən çıxarılıb və meydançanın çökən hissəsinin ən qısa zamanda təmirinə başlanacaq.
16:53
Bu gün səhərə yaxın Azneft İB-nin N.Nərimanov adına NQÇİ-nə məxsus 41 saylı platformasındakı çənlərə gəmi vasitəsilə dizel yanacağı doldurularkən (Ələt tərəfdə) yanacaq doldurulmuş çənlərin ağırlığına dözməyən meydança uçub. İstiPress-in xəbərinə görə, bu barədə QHT sədri Mirvarid Qəhrəmanlı öz facebook səhifəsində yazıb.
"Çənlər dənizə düşüb. Ölüm hadisəsi olmayıb. İşçilər başqa platformaya köçürülüblər. Dənizin çirklənməsi yəqin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yoxlanılacaq. Hal hazırda Neftqaztikinti trestinin rəhbərliyi hadisə yerindədir".
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama