Xəzərdəki faciə ilə bağlı şok ittiham: "O estakadalar ömrünü çoxdan başa vurub"
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bu gün Xəzərdə 10 neftçinin qəzaya düşməsi ilə bağlı maraqlı məlumat paylaşıb.
Qadinsayti.az xəbər verir ki, mütəxəssis sosial şəbəkədəki səhifəsində qəzanın baş verdiyi Nərimanov NQÇİ-də işlərin necə aparıldığını yazıb.
Onun sözlərinə görə, Nərimanov NQÇİ hasilatı platformalar üzərindən həyata keçirmir, yataqlar dənizin dayaz hissəsində yerləşdiyi (10-30 metr) üçün onların istismarı estakada üsulu və qazma prosesi isə meydançalardan (ploşadka) həyata keçirilir: "Meydançalar nədir? Onların qalıqlarını Pirallahı adasına gedənlər daha yaxından görüblər. Təyyarə ilə Bakıya gələnlər isə çox zaman məhz Nərimanov NQÇİ-nin meydançaları üzərindən eniş edirlər. Görünür ki, onların nə qədəri artıq ömrünü başa vurub. Əlbəttə, 40-50 il istismarda olub və laylardan karbohidrohen ehtiyatları çıxartdıqdan sonra ömürlərini başa vurublar. Sovet zamanı ekologiyaya ümumiyyətlə heç fikir vermirdilər və heç maddə də yox idi ki, bu meydançaları, estakadaları sonra ləğv etsinlər". Ekspert hazırda SOCAR-ın bazasında olan qurğular barədə də yazıb: "SOCAR-ın balansında hazırda olan bu qurğuların vəziyyətinə gəlincə isə onların yararlığına dair hər il müvafiq dövlət orqanları rəy verirlər. Necə ki, avtomobilin idarə edilməsi üçün "texosmotr" deyilən bir vacib sənədləşmə prosedurundan keçmək vacibdir".
Neftçilərin hüquqlarının müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı isə yazıb: "Bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilirdi. Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki işçilərin olduğu budka yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox, birbaşa təhlükəsiz istismar sorğulanmalıdır: Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə budka qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək?"
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş
Tərəf müqabili oldular