Xolesterinin problemsiz azaldılması

Xolesterinin problemsiz azaldılmasıKətan toxumu xolesterinin miqdarını azaldan ən yaxşı vasitədir. Amma, ondan istifadə edərkən əks tərisrləri barədə məlumatlar toplamalısınız. Kətan toxumunu siz ədviyyat mağazalarından və ya apteklərdən ala bilərsiniz. Onu çeynəmək çətin olarsa qəhvəüyüdən vasitəsilə üyüdüb qəbul eləmək lazımdır. Bu zaman üyüdülmüş kətan toxumu qəbul edilən qidalara əlavə edilir. Kətan toxumu qəbul edən zaman sizin arterial təzyiqiniz yüksəlməyəcək, ürəyiniz sakitləşəcək, mədə-bağırsaq fəaliyyətiniz yaxşılaşacaq. Kətan toxumunun faydasını görmək istyirsinizsə, o zaman mütləq sağlam qidalanmaya üstünlük verməlisiniz.  
Aptekdən cökə çiçəyi alın və onu qəhvəüyüdəndə üyüdüb toz halına salın. Bir ay müddətində gündə 3 dəfə 1 çay qaşığı cökə çiçəyindən hazırlanmış paraşoku qəbul edin. Bir aydan sonra sizin qanınızda olan bütün şlaklar təmizlənəcək və siz arıqlayacaqsınız. Bu sınanılmış üsuldur. Bu üsulla bir ay ərzində 4 kq arıqlamaq mümkündür. Çökə çiçəyi bir ay ərzində sizin əhval-ruhiyənizi və xarici görünüşünüzü dəyişəcək.
Zəncirotu kökünün dəmləməsi də orqanizmdə aterosklerozu müalicə edir, qandakı artıq xolesterini təmizləyir. Bu məqsədlə zəncirotu kökünün üyüdülımüş paraşokundan 6 ay müddətində gündə 1 qaşıq qəbul edilir. Bitkinin orqanizmə heç bir əks təsiri yoxdur.
Bolotovun tərtib etdiyi kvas resepti də qandakı pis xolesterinin miqdarını azaldır. Resepti hazırlamaq üçün 50 qram xırdalanmış sarılıqotu tənzifdən hazırlanmış torbaya qoyulur və üzərinə 3 litr qaynar su, 1 stəkan şəkər tozu və 1 çay qaşığı smetan əlavə dəmlənir. Qarışım isti yerdə 2 həftə saxlanılır. Bu müddətdə məhlulu hər gün qarışdırmaq lazımdır. İki həftə bitdikdə kvas hazır olur. Kvasdan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl içmək lazımdır. Hazır olan kvasın şirinliyi az olarsa onu içən zaman şəkər tozu əlavə etmək olar. Reseptin doğruluğuna əmin olmaq üçün müalicəyə başlamazdan əvvəl və sonra qanın analizləri verilir və müqayisə edilir. Bir ay müddətində bu qayda ilə hazırlanmış kvası içmək qanda pis xolesterinin azalmasına səbəb olur. Müalicə müddətində tərəvəzlərdən, meyvələrdən, sıyıqlardan, bitki yağlarından istifadə edilməlidir.
Qan damarlarında yığılıb qalmış xolesterini təmizləmək üçün gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 7 damcı 4%-li arı südü qəbul etmək lazımdır. Müalicə müddəti 4 aydır.
Lobya yemək qanda xolesterinin miqdarını azaldır.  
Bunun üçün 100 qram lobya axşamdan suya qoyulur, səhər su süzülür və yeni su ilə əvəz edilir. Suya çay qaşığının ucunda qida sodası əlavə edilir. Sodanı əlavə etməkdə məqsəd bağırsaqlarda qazın əmələ gəlməsinin qarşısını almaqdır. Lobya bişirilir və gün ərzində yeyilir. Gün ərzində onu yeməklə qanınızda olan xolesterini 10% azalda bilərsiniz.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1109   Tarix: 08 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim dəbləri adlarin menasi qis geyimləri 2026 qış geyimləri ariqlamaq ucun kofe yaz geyimleri şirniyyat və tortlar kosmetika novruz hakisdalari vetene aid atalar sozu novruz haqistalari qız bürcü qiz adlari