Xoruldama və onun aradan qaldırılması yolları

Xoruldama və onun aradan qaldırılması yollarıStatistikaya görə, yuxu zamanı yatanların 45 faizi xoruldayır. Müşahidələr həmin prosesin kişilər arasında daha çox yayıldığını göstərir.
Milli.Az bildirir ki, xoruldamanın səbəbi, onun nədən qaynaqlandığı barədə həkim-terapevt Solmaz Musayeva AZƏRTAC-a deyib: "Xoruldama yuxu əsnasında hava axını boğazdan sərbəst keçə bilmədikdə yaranır və yuxuda tənəffüs dayanması xəstəliyinin əlaməti sayılır. Ağız və burun boşluğundakı hava yolunda daralma nəticəsində qəribə səslər çıxır. Xoruldama burun tutulmasıyla müşahidə olunan müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində əmələ gələ bilər. Dar, uzun və ya çox ətli damağı olanlar hər zaman xoruldayır. Boğaz divarlarının darlığı, şişkinliyi, axıntılı olması, xüsusilə də bəlğəmlə tutulması zamanı da xoruldama baş verir.
Boğazın badamcıq və onun arxasındakı boğaz divarlarının arası bəzən çox dar olur. Damaq badamcıqlarında yüngül iltihab zamanı şişkinlik olur və onun qarşısını almaq üçün qarqara etmək lazımdır. Dil qüsurları, çənə darlığı və sinir sisteminin çatışmazlığı da xoruldamaya səbəb olur".
Xoruldamağın bir çox tipinin müalicə edilən olduğunu bildirən həkim-terapevt deyib: "Xorultu çox zaman artıq çəkisi olanlarda müşahidə edildiyi üçün ilk növbədə çəkini azaltmaq, normal nəfəs almaq üçün idmanla məşğul olmaq lazımdır. Yuxu və sakitləşdirici dərmanlar yatmazdan əvvəl qəbul edilməlidir. Yatmazdan 4 saat əvvəl spirtli içki, 3 saat əvvəl isə ağır yeməklər yeyilməməlidir. Həddindən artıq yorğunluq da xoruldamaya səbəb olur.
Xoruldamağın müvəqqəti olaraq qarşısını almaq üçün böyrü üstə uzanmaq məsləhət görülür. Yatağın baş hissəsinin 10 santimetr yuxarı olması da xoruldamanı azaldır. Bunların heç biri təsir göstərmədikdə mütləq həkimə müraciət etmək lazımdır. Lor həkimlərin rəyinə əsasən, xoruldama bəzən cərrahi müdaxilələr, bəzən digər xəstəliklər fonunda əmələ gəldiyinə görə həmin xəstəlikləri müalicə etdirmək lazım gəlir, çünki o bir sıra xəstəliklərin əlaməti kimi meydana çıxır. Uşaqlardakı xoruldama əsasən badamcıq və boğaz əti əlaməti ola bilər. Xoruldamalar hava yolundakı daralmalarla əlaqədardır. Əgər daralma çox ciddidirsə, hava yolu tamamilə bağlana bilər, yaxud yuxuda tənəffüsün dayanması ilə nəticələnər.
Hava yolu daralması müxtəlif səbəblərdən baş verir. Çəki artımı bütün toxumalarda yağ yığılmasına səbəb olur. Buraya ağız və boğazdakı toxumalar da daxildir. Həmin proses polisomnoqrafiya cihazı vasitəsilə müayinə edilir. Nəfəs borusu və ətrafdakı yumşaq toxumalarda daralma olarkən xoruldama yaranması qaçılmazdır. Spirtli içkilərdən istifadə edilməsi də xoruldamaya səbəb olur. Gecə spirtli içki içdikdə boğaz arxasındakı yumşaq toxumalarda boşalma yaranır və xorultunun daha da güclənməsinə aparıb çıxarır. Xoruldama qocalıqla əlaqədar olaraq da yarana bilər. Yaşlı kişilərdə boğaz toxumasının yumşalması xoruldamaya səbəb olur. Xoruldama şiddətli angina, dil böyüməsi, piylənmə, alt çənə problemləri, xroniki bronxit, allergiyalar, xroniki sinusit və xroniki rinit xəstəliklərindən sonra da meydana gələ bilər".
Həkim bildirib ki, xoruldama ictimai həyatda başqalarını narahat etməklə yanaşı, ölümə də səbəb ola bilər. Xoruldama bədənin istirahətetmə müddətini azaldır, çünki xorultu dərin yuxu fazasına keçməyə imkan vermir. Dərin yuxu fazasına keçmədən isə istirahət etmək mümkün deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1380   Tarix: 26 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

toy gecesi sade makiyaj sekilleri hamiləlik qadınlarda erroziya maraqlı ləkə üçün maskalar moruğun faydasi kosmetika badambura qadin saglamlig novruz hakisdalari efsane vusale elizade