Xoşbəxt nigah haqqında ibrətamiz hekayə

Xoşbəxt nigah haqqında ibrətamiz hekayəƏr və arvad uzun illər xoşbəxt evlilik yaşayırlar. Onlar bir-biri ilə bütün sirlərini, narahatlıqlarını, sevinclərini bölüşürlər. Ancaq qadın ərindən bir xahiş edir: əri heç vaxt onun şkafında gizlətdiyi qutuya baxmamalıdır.

Qadının əri də o qutuda nə saxlandığını soruşmur. Sadəcə fikirləşir ki, orada yalnız qadınlara məxsus hansısa bir əşya ola bilər.

Vaxt keçir və onlar yaşlanırlar. Bir gün qadın xəstələnir, özünü çox pis edəndə ərindən həmin qutunu xəstəxanaya gətirməyi xahiş edir. Artıq qutunun sirrinin açılması vaxtının gəlib çatdığını hiss edir.

Qoca evə gəlir, qutunu tapır və açır. Qutunun içərisində 2 toxunma gəlincik və xeyli miqdarda toplanmış pul, 95 min dollar olduğunu görür. Bu qədər məbləği görüb çox təəccüblənir.

— Biz evlənməmişdən əvvəl nənəm mənə xoşbəxt nigahın sirlərini öyrədib , — qadın təəccüblənmiş ərinə deyir, —O, deyirdi ki, mən heç vaxt ərimlə mübahisə etməməliyəm. O hər dəfə mənə deyirdi ki, nə vaxt mən səndən incisəm, sakitcə oturub bir gəlincik toxuyum.

Qoca qadının sözlərindən təsirlənir. Qutuda cəmi iki gəlincik vardı.Deməli birgə yaşadıqları bu 50 ildə qadın ondan cəmi iki dəfə inciyib. O, arvadını qucaqlayıb öpür.

— Bəs bu qədər pul hardandır? — o soruşur.

— Bunlar? — qadın gülümsəyərək cavab verir. — Bu pullar mənim satdığım gəlinciklərin pullarıdır.

Ailə və Uşaq     Baxılıb: 6550   Tarix: 24 iyul 2015
f Paylaş

Oxşar xəbərlər

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

turlar.az

maskalar gelinlikler hamiləlik hamilə qalmaq yarpizin faydalari elm haqqında atalar sözleri qadın hüquqları kosmetika baldiza aid hakisda terezi sirin qogal brusell bakteriyası həmidə