Xoşqədəm NTV-nin beynəlxalq yarışmasında-VİDEO/FOTO

Xoşqədəm NTV-nin beynəlxalq yarışmasında-VİDEO/FOTO"SOS uşaq kəndləri - Gəncə"nin yetirməsi olan 12 yaşlı Xoşqədəm Mehdiyeva Rusiyanın NTV telekanalının "Sən supersən!" beynəlxalq uşaq vokalçılar müsabiqəsinin seçmə mərhələsindən keçib. Müsabiqənin iştirakçısı barədə videoya Sputnik-in videosuna baxın.

Xanim.az Milli.Az-a istinadla bildirir ki, Xoşqədəm Rusiyanın Surqut şəhərində doğulub. 11 yaşı olanda Xoşqədəmi, onun üç bacısı və qardaşını əvvəlcə Balakən rayonundakı internat evinə, sonra "SOS uşaq kəndləri"nin Gəncə bölməsinin himayəsinə veriblər. Burada Xoşqədəmin həyatında yeni mərhələ başlayıb. Həmişə gülərüz olan uşaq boş vaxtlarında - istər həyətdə həmyaşıdları ilə oynayanda, istərsə də dərsləri ilə məşğul olanda və ya rəsm çəkəndə oxuyur. Bunu "SOS uşaq kəndləri"nin sosial işçiləri bildirirlər. "Kiçik yaşlarında yaşadığı bütün acılara baxmayaraq, Xoşqədəm həyat eşqini itirməyib. O həmişə gülümsəyir, ürəkdən şənlənir və oxuyur", - deyə pedaqoq Mətanət Həsənova bildirir. Rəsm çəkmək və oxumaq arasında seçim edərkən, qız hazırda peşəkar səviyyədə məşğul olduğu vokalı seçib. Rəsmi isə ürəyi istəyəndə çəkir. İndi Xoşqədəm NTV-nin "Sən supersən!" yeni şousundа iştirak etmək və qalib gəlmək istəyir. Xoşqədəmə uğurlar!

"Sən supersən!" layihəsində MDB ölkələrindən 92 uşaq iştirak edir. Musiqili şounun finalçıları "Yeni dalğa" uşaq müsabiqəsində iştirak edəcəklər və avtomatik olaraq uşaq "Avroviziya" yarışının seçim mərhələsinin finalına qatılacaqlar. NTV telekanalı isə müsabiqənin sonunda iştirakçıların əksəriyyətinin iştirakı ilə "ŞKİD Respublikası" müziklini səhnələşdirəcək və efirdə göstərəcək. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu "Sən supersən!" şousunun tərəfdaşıdır.

Xəbərlər     Baxılıb: 2358   Tarix: 10 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Saqqal saxlayan kişilər bunları bilməlidirlər

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kişilərin saqqalı bəzi hallarda itlərin tüklərindən belə çox mikrob daşıya bilər. xəbər verir ki, mikrobioloqların apardığı araşdırmalara əsasən, saqqal bölgəsində yüksək rütubə

.

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT

"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki fəaliyyət və omeqa-3 yağ turşularının birləşmiş təsirinin xroniki apikal periodontitin şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyur

.

Oturaq işlər kişiləri sonsuzlaşdırır

Uzun müddət masa arxasında və ya oturaq mühitdə işləmək kişilər üçün həm fiziki, həm də reproduktiv sağlamlıq baxımından ciddi fəsadlara yol aça bilər. xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusil

.

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

Yel Universitetinin alimləri müəyyən ediblər ki, spirtli içki istifadəsi qadınların beyin immun sisteminə kişilərə nisbətən daha ağır təsir göstərir. . xəbər verir ki, tədqiqatın nəticələri "Biological Psychiatry"

.

Səni incidir, amma ayrıla bilmirsən? – Psixoloq səbəbini izah edir

"Bəzi insanlar toksik münasibətlər yaşayırlar. Bunların müxtəlif səbəbləri olur". . xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva -a açıqlamasında deyib. . O bildirib ki, böyüdüyümüz mühit və yaşadığımız yaşayı

.

Min bir derdim dərmanı - Mixək

Mixək bitkisi çox sayda faydası olan bir bitkidir. -a istinadən xəbər verir ki, mixək bitkisi antidepressant və anksiolitik kimi işləyir və stres, depressiya və sinirlilik kimi psixoloji vəziyyətlərdə yardım edir. . Xüsusil

.

Yayda günvurma təhlükəsi artır – Mütəxəssislərdən xəbərdarlıq

Havaların kəskin isti keçməsi günvurma hallarını artırır. Xüsusilə yaşlılar, uşaqlar və açıq havada çalışan insanlar risk qrupuna daxildir. xəbər verir ki, həkimlər xəbərdarlıq edir ki, günəşin ən aktiv olduğu saatlarda əsasə

.

Beynimiz xəyal ilə gerçəyi belə ayırd edirmiş

Alimlər deyir ki, beynimiz xəyal ilə gerçək görüntünü ayırmaq üçün düşündüyümüz qədər mürəkkəb mexanizmə malik deyil. xəbər verir ki, ABŞ-də aparılan yeni bir araşdırmaya görə beynin bir hissəsindəki aktivlik səviyyəsi

.

30-40-50 yaşlarında bədəndə nə baş verir? - Gələcək xəstəliklər və qorunma yolları

Yaşın irəliləməsi ilə birlikdə onurğa sağlamlığı da böyük əhəmiyyət kəsb edir. Kalsium və D vitaminindən zəngin qidalanma iri yaşlarda onurğa xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Bəs uşaqlıqdan 30, 40, 50 yaşların

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim dəbləri hamiləlik yay kolleksiyasi səyahət cavanlasdirici maskalar seks pozalari ləkələr rus dilini öyrənək baldiz rus dili 2ci ders kahfe kali haxışda