Xroniki böyrək çatışmazlığı zamanı pəhriz

Xroniki böyrək çatışmazlığı zamanı pəhrizXroniki böyrək çatışmazlığı xəstələrinə tərtib edilən pəhrizin məqsədi aşağıdakılara xidmət edir:
- xəstələrin həyatının qorunmasına
- iş qabiliyyətinin saxlanılmasına
- böyrək funksiyalarının pisləşməsinin qarşısının alınmasına.
Bu məqsədlərə çatmaq üçün əsas etibarıilə xəstələrə azzülallı, yüksək kalorili, karbohidratlı pəhriz tətbiq edilir.
XBŞ xəstələrinin pəhrizi aşağıdakı tələblərə cavab verməlidir:
1. Pəhriz orqanizmdə sülal katabolitlərinin səviyyəsinin aşağı salınmasına xidmət etməklə orqanizmin öz zülallarının parçalanmasına yol verməməlidir. Bu gün ərzində orqanizmə daxil olan zülalların miqdarının, bitki zülalları hesabına, 20-40 qrama qədər azaltmaqla eyni zamanda tərkibində lazımi miqdarda əvəzolunmayan aminturşular olan heyvani zülalların istifadəsi hesabına əldə olunur. Əvəzolunan aminturşular orqanizmdə sintez oluna bilirlər. Amma əvəzolunmayan aminturşular insan bədənində sintez oluna bilmədikləri üçün onlar orqanizmə ancaq hazır vəziyyətdə daxil olmalıdırlar. Xəstələrin qida rasionunu təyin etmək üçün aşağıdakı qayda əsas tutulur:
100 qram zülal, 35 qr sidik cövhəri və 16 qr karbomid azotu verir. Bu qayda ilə xəstənin sidiyində olan karbomidin və sidik cövhərinin miqdarına nəzarət edib xəstəyə gün ərzində onun qidası təyin edilir. Misal üçün, xəstə gün ərzində sidik ilə 10 qram karbomid xaric edərsə, onun zülal rasionu gün ərzində 30 qram zülaldan ibarət olmalıdır.
2. Karbohidrat və yağların hesabına xəstənin qidasının kaloriliyi təmin edilməlidir. Qida vitaminlərlə zəngin olmalıdır ki, bədən zülalları parçalamadan qorusun və aminturşulardan zülal sintezi təmin olunsun. KBŞ xəstələrinin pəhrizində karbohidratların yağlara nisbəti 3:1 olmalıdır.
3. KBÇ xəstələrinin qida rasionundan xörək duzu ya tam məhdudlaşdılırlmalıdır, ya da rasiondan çıxarılmılıdır. Ödem və arterial təzyiq olduqda xəstələrin gündəlik duz qəbulu 4-6 qrama qədər azaldılmalıdır. Natriumun itirildiyi bəzi böyrək xəstələrində isə əksinə xörək duzunun böyük miqdarı təyin edilir. Ödem və yüksək təzyiqi olmayan xəstələrdə xörək duzunun miqdarı məhdudlaşdırlımır. Duzun qəbulu xəstənin gündəlik bədən çəkisinin miqdarından asılı olur.
4. KBŞ xəstələrinə gün ərzində böyük miqdarda meyvə və tərəvəz qəbul etmək məsləhət görülür. Əsasən da kalium tərkibli məhsullar onların səhhərti üçün faydalıdır. Üzüm, kişmiş, banan, ərik, kartofun istifadəsi faydalı olsa da sidikdə bunların qəbulu zamanı kalsiumin miqdarı nəzarətdə saxlanılmalıdır.
5. KBÇ xəstələrinə böyrəkləri qıcıqlandırıcı maddələrdən istifadə etmək qadağandır. Onların qida rasionundan alkohol, azotlu, ekstraktiv maddələr, tünd çay, qəhvə, kakao, şokolad, kəskin duzlu-ədviyyatlı maddələr tamamilə çıxarılmalıdır.
6. Xəstələrin iştahını yaxşılaşdırmaq məqsədilə bəzi bitki çaylarından istifadə etmək məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1390   Tarix: 26 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik