Xroniki pankreatit proqressivləşən xəstəlikdir

Xroniki pankreatit proqressivləşən xəstəlikdirPankreatit mədəaltı vəzinin iltihabı xəstəliyi olub, pankreatik axarlarda vaxtından əvvəl aktivləşmiş pankreatik fermentlərin öz toxumasına göstərdiyi zədələyici təsirlə şərtlənir. Xroniki pankreatit isə proqressivləşən xəstəlikdir, kəskinləşmə və remissiya dövrlərinin növbələşməsi ilə səciyyələnir. Kəskin pankreatit, xroniki alkoqolizm, öd yollarının xəstəlikləri, xüsusilə də daşlı xolesistit, mədə və bağırsaqların xroniki xəstəlikləri, qarın boşluğu orqanlarına cərrahi müdaxilə, irsi meyillilik, bol yağlı, ətli qidaların qəbulu xroniki pankreatitin etioloji səbəbləri hesab olunur. Xəstəliyin patogenezinin əsasında mədəaltı vəz toxumasının degenerasiyası, skleroz, ekzokrin parenximanın reduksiyası, axarların dəyişikliyə uğraması və ardınca kalsifikasiyalaşması durur. Xəstəlik əsasən ağrı sindromu - epiqastral nahiyədə əmələ gələn və belə, qarnın sol yarısına yayılan ağrı, bədən çəkisinin azalması və dispeptik əlamətlər, yəni qəbizliklə növbələşən ishal, massiv pankreatik ishal ilə özünü büruzə verir.
Milli.Az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.
Həkim-terapevt, həmçinin deyib: "Kliniki gedişinə görə, xroniki pankreatitin 4 əsas forması ayırd olunur. Latent və yaxud ağrısız forma uzun müddət heç bir klinik əlamət olmadan davam edir və daha çox xronik alkoqoliklərdə, mədə, bağırsaq, ödçıxarıcı yolların xəstəliyi olan şəxslərdə yaranır. Pəhrizin pozulması zamanı epiqastral nahiyədə köp, ağırlıq hissi, ürəkbulanma meydana çıxır.
Ağrılı forma epiqastral nahiyədə sol qabırğaaltında ağrıların olması, bir çox hallarda kəmərləyici xarakter daşıması, aylarla davam etməsi ilə səciyyələnir. Eyni zamanda, xəstələrdə iştahasızlıq, bədən çəkisinin azalması, ishal, meteorizm qeydə alınır.
Xroniki residivləşən pankreatitə təqribən 60 faiz hallarda rast gəlinir və gedişin dalğavarı olması ilə səciyyələnir - kəskinləşmə və remissiya dövrləri bir-birini əvəzləyir. Kəskinləşmə dövründə xroniki pankreatit üçün səciyyəvi olan əlamətlər kəskin nəzərə çarpır, remissiya dövründə isə sönükür.
Psevdotumoroz formaya 5-10 faiz hallarda rast gəlinir və əsasən də alkoqoliklərdə müşahidə olunur. Hiperplastik proses əsasən mədəaltı vəzinin başında qeydə alınır və çox vaxt sarılığa, kəskin arıqlamaya, dispeptik pozulmalara, vəzin kirəcləşməsinə gətirib çıxarır. Xəstəlik vaxtında müalicə olunmadıqda abses və yalançı kistaların inkişafı, bağırsaq qanaxmaları, xolangit, hepatit, enterokolit və mədəaltı vəzi xərçəngi ilə ağırlaşır. Diaqnozun qoyulması anamnestik, obyektiv məlumatlara, ultrasonoqrafiya, kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, endoskopik retroqrad xolangiopankreatoqrafiyaya və laborator müayinələrə əsaslanır".
Mütəxəssis bildirib ki, xəstəliyin kəskinləşmə dövründə 2-3 gün ərzində tam aclıq - yalnız su içməyə icazə verilməsi, mədə möhtəviyyatının çıxarılması, parentral olaraq elektrolitlərin və qlükozanın yeridilməsi göstərişdir. 3-4-cü gündən tədricən kəskin pankreatitli xəstələr üçün olan pəhrizə keçilir. Dərman müalicəsində isə antibiotiklərdən, ağrıkəsicilərdən, spazmolitiklərdən və ferment əvəzedicilərindən, vitaminlərdən istifadə olunur. Konservativ müalicə əlverişsiz olduqda cərrahi müalicəyə müraciət olunur.
Xəstəliyin profilaktikası pəhrizə, qidalanma rejiminə əməl etməkdən, spirtli içkilərin qəbulundan imtina etməkdən, mədə, bağırsaq və ödçıxarıcı yolların xəstəliklərinin profilaktikasını həyata keçirməkdən ibarətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1531   Tarix: 25 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq