Xroniki xəstəliyi olan uşaqlar peyvənd oluna bilərlər?
"Xroniki xəstəliyi olan uşaqlar da peyvənd oluna bilərlər".
Bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.
Həkimin sözlərinə görə, peyvəndlənmədə iştirak edən uşaqların heç də hamısı sağlam deyil:
"Bu gün ürək-damar, böyrək, qan azlığı, xroniki və digər xəstəliyi olan uşaqların peyvənd olunub-olunmaması sual doğurur. Onların da vaksinasiyanı da təşkil edirik. Xroniki xəstəliyi olanlara peyvəndləmə planlama şəklində tətbiq olunur".
Pediatr qeyd edib ki, peyvəndləmədən öncə uşaqlar müayinə edilməlidir:
"Valideynlər daha çox peyvəndin yan təsirlərindən qorxurlar. Valideynlərin təşvişləri olur. Düşünürlər ki, bir dəfə qızdırması olubsa, yenə ola bilər. Ona görə də müayinə olunmaları daha məqsədəuyğundur".
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi