Xroniki yorğunluğun SƏBƏBLƏRİ: 6 aydan çox davam edirsə...

Xroniki yorğunluğun SƏBƏBLƏRİ: 6 aydan çox davam edirsə...Bir qisim insanlar daimi olaraq yorğunluqdan əziyyət çəkirlər. Bəzən çoxsaylı müayinələrdən keçsələr, uzun zaman müalicə olunsalar da, bu hal aradan qalxmır. Bu, xroniki yorğunluq və ya xroniki yorğunluq sindromu olaraq qəbul olunur. Xroniki yorğunluq sindromu nədir?
Milli.Az e-tibb.az-a istinadən psixiatr Azər Bağırovun hazırladığı məqaləni təqdim edirik:
Əgər xəstə 6 aydan artıq müddət ərzində daimi yorğunluqdan şikayətlənirsə və bu yorğunluğun səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu hal "Xroniki yorğunluq sindromu" adlanır.
Xəstəliyin digər adı - Gərginliyə qarşı dözülməzlik sindromudur. (Systemic Exertion Intolerance Disease-SEID)
Xəstəliyin klinik gedişində həm əzələ, həm də sinir sistemi komponentləri yer alır.
Xronik yorğunluq sindromunun etiologiyası tam aşkarlanmayıb. Bəzi alimlər bunu virus infeksiyası (EBV, HHVİ 6, Koksaki virus B, Human T-cell Leukemia) ilə əlaqələndirsələr də, müasir elmi tədqiqatlar xəstəliyin virus mənşəli olduğunu inkar edir.
Müasir dövrdə Xroniki yorğunluq sindromu real diaqnoz kimi qəbul edilir, ən çox orta yaşlı qadınlarda rast gəlinir və effektiv iş qabiliyyətinin azalmasının ən sıx səbəbidir.
Xəstəliyin səbəbləri hansılardır?
Qeyd etdiyimiz kimi xəstəliyin səbəbləri tam məlum deyil, lakin psixoloji stress, hipotoniya (aşağı qan təzyiqi), zəifləmiş immun sistemi, hormonal disbalans və xəstəliyə genetik meyllilik həlledici rol oynaya bilər.
Bəzi hallarda xəstəlik, keçirilmiş virus infeksiyasından sonra başlayır, bu da immun sisteminin zəifləməsi ilə əlaqədardır. Stress və allergiya halları xəstəlik riskini artıra bilər.
Simptomları necə olur?
Xəstəliyin simptomları özünü müxtəlif variantlarda büruzə verir. Xəstələr əsasən daimi yorğunluqdan şikayətlənir. Bəzi hallarda bu şikayətlər tənəffüs yolları infeksiyası, ishal-qəbizlik, qastroenteroloji pozğunluqlar (dispeptik şikayətlər- həzimsizlik, gəyirmə, köp hissi, ) və s. sonra yarana bilər. Çox vaxt bu şikayətlər stress yaşantısı və ya gərginlik sonrasında yaranır. Bir çox hallarda bu xəstələrdə depressiya əlamətləri olur, bu da onların normal iş fəaliyyəti və gündəlik fiziki aktivliyinin azalması ilə özünü göstərir. Əvvəlki motivasiya və həvəsin olmamamsı, tez yorulma, günə başlamaqda istəksizlik, sürəkli uzanmaq istəmək bu insanların tez tez dilə gətirdiyi şikayətlərdəndir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1150   Tarix: 26 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik