Xurmanın üzərinə limon sıxıb yeyin! – Görün hansı faydaları varmış
Ancaq ekspertlər xurmanı yeməyin xüsusi yolunu təklif edirlər. Belə ki, xurmanı ən az özü qədər faydalı olan limonla yemək məsləhət görülür. Bunun üçün xurma yeyərkən üzərinə bir neçə damcı limon şirəsi sıxmaq tövsiyə edilir.
Bəs bunun orqanizmə hansı faydaları var?
Milli.Az medicina.az-a istinadən birgə yeyildikdə xurma ilə limonun orqanizmə təsirlərini təqdim edir:
- Mütəxəssislər bildirirlər ki, bu üsul hər şeydən əvvəl uzun müddət tox qalmağa kömək edir. Həmçinin qəfil şəkər sıçrayışlarının qarşısını alır.
- Xurma liflə zəngindir və limonla birlikdə istehlak edildikdə bağırsaqların nizamlı işləməsinə kömək edir.
- Hər gün limonlu xurma istehlak etsəniz, qəbizlik probleminiz olmayacaq.
- Xurmanın tərkibində sümüklərin möhkəmlənməsinə kömək edən kalium, kalsium və maqnezium var. Mütəxəssislər bildirirlər ki, xurma limonla birlikdə istehlak edildikdə sümükləri gücləndirir və osteoporozdan qoruyur.
- Xurma enerji səviyyənizi artıran vitaminlər və antioksidantlarla zəngindir. Beyin sağlamlığı üçün vacib olan serotonin və norepinefrin yaratmağa kömək edən B6 vitamini də xurmada bol miqdarda var. Limonla birlikdə istehlak edildikdə stressin öhdəsindən gəlməyə kömək edir və qocalmanı ləngidir.
- Limonla dadlandırılmış xurma həzmi tənzimləyir və toksinləri çıxarmağa kömək edir. Arıqlamaq üçün də bu cütlüyə müraciət etmək olar.
- Xurma kalium mənbəyi olduğu üçün ölçülü istehlak edildikdə ürək sağlamlığını qoruyur.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?