Yaddaşınızı möhkəmləndirmək, təzyiqi salmaq üçün bunları için

Yaddaşınızı möhkəmləndirmək, təzyiqi salmaq üçün bunları içinHəddən artıq yüklənmələr, yüksək stress və yaşlanma - bütün bunlar bizim yaddaşımızı zəiflədir. Xoşbəxtlikdən elə içkilər var ki, onlar bu prosesi ləngitməyə imkan verir.
Kök şirəsi. Kökü yalnız salat və şorbalara qatmaqla ondan istifadəni məhdudlaşdırmaq lazım deyil. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu tərəvəzin tərkibində olan beta-karotin yaddaş üçün çox faydalıdır. Bu oksidant iltihabdan müdafiə edir və intellekti möhkəmlətməyə şərait yaradır. Bundan başqa, kök şirəsi təbiətinə görə şirindir, gün ərzində 1-2 stəkan içmək sizə xoş gələr.
Tomat şirəsi. Tomat dünyanın bir sıra milli mətbəxində əsas inqrediyentlərdəndir. Pomidorun tərkibində beyin hüceyrələrini müdafiə edən antioksidant - likopin mövcuddur. O, həmçinin arterial təzyiqi aşağı salır, dərinin sağlamlığını və parlaqlığını qoruyub saxlayır. Nəhayət, pomidor A və C vitaminlərinin zəngin mənbəyidir.
Nar şirəsi. Beyin hüceyrələrinin fəaliyyəti üçün oksigen və nutriyentlər (qida maddələri) tələb olunur. Nar şirəsi qan dövranının yaxşılaşmasına və beynin qanla təminatına şərait yaradır. Deməli, bir stəkan nar şirəsi çox faydalıdır.
Çuğundur şirəsi. Bu şirə də oksigen və nutriyentlərlə zəngin qanın beyinə ötürülməsini təmin edir. Bundan başqa, çuğundur şirəsi tərkibindəki azot oksidləri sayəsində beyni yaxşı vəziyyətdə saxlayır və yaddaşı möhkəmləndirir. Həmçinin arterial təzyiqi azaldır.
Giləmeyvəli smuzi. Müxtəlif giləmeyvələrin tərkibində faydalı komponentlər mövcuddur. Bunlar həm də smuzi üçün çox dadlı komponentlərdir. Bu içkini hazırlayarkən bir dəfəyə giləmeyvənin bir neçə növündən istifadə edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1418   Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri makiyaj instagram elm haqqında atalar sözleri körpə və ona qulluq qarın yağları döş əmən kişilər kosmetika qurd ve quzu novruz bayramı haxışta salatlar gəncə hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz