Yağları təkrar istifadə edib qızdırmaq - Orqanizmi zəhərləyir

Yağları təkrar istifadə edib qızdırmaq - Orqanizmi zəhərləyirBəzən yağlardan dəfələrlə istifadə edilərək qidalar hazırlanır. Bu zaman yağların tərkibi dəyişərək təhlükəli birləşmələrə çevrilə bilir.
Milli.Az xəbər verir ki, dəfələrlə qızdırılan yağlarda hazırlanan qidanın orqanizmdə yaratdığı ciddi fəsadlar barədə elmi araşdırmalar aparılıb.
Araşdırmalar göstərir ki, yağların yüksək temperaturda qızdırılması mutagenlərin əmələ gəlməsinə əhəmiyyətli dərəcədə təsir edir.
Bundan başqa, termal olaraq oksidləşən lipidlər membran makromolekullarının peroksidləşməsini artırır, onların mutagenliyini və genotoksikliyini yüksəldərək müxtəlif xəstəliklərə səbəb ola bilir.
Yağların müxtəlif şəraitdə yüksək temperaturda qızdırılması zamanı fiziki-kimyəvi xüsusiyyətləri dəyişir. Xüsusən də açıq hava şəraitində bir neçə kimyəvi reaksiya baş verir və yağlar degenerasiya olunur, uçucu maddələr, arzuolunmaz monomerlər, polimerlər, izomerlər və sərbəst radikallar yaranır.
Təkrar qızdırılmış yağdan hazırlanmış qidaların mütəmadi istehlakı orqanizmin antioksidant müdafiə sistemini poza bilir və ürək-damar xəstəliklərinin, diabetin də yaranması riskini artırır.
Təkrar istifadə olunan yağların sağlamlığa təsiri uzun müddət tədqiqatçıların diqqətini çəkib. Heyvanlar üzərində aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, oksidləşmiş və qızdırılmış yağlar orqanizm üçün olduqca zərərlidir. Belə ki, bu heyvanlarda həzm sistemi orqanlarının qıcıqlanması, qaraciyər problemləri, böyümənin ləngiməsi, müxtəlif zəhərlənmə simptomları aşkar edilib. Bundan başqa, yüksək temperaturda qızdırılaraq oksidləşmiş yağların kanserogen xüsusiyyətə malik olduğuna dair bəzi göstəricilər də mövcuddur.
Yağların təkrar istifadəsi təkcə bu qidaları qəbul edənlərin yox həm də hazırlayanların da sağlamlığına mənfi təsir göstərir. Belə ki, belə yağda qızardılmış nişastalı qidaların üst hissəsində zəhərli aldehidlər yaranır. Onlar gözün və tənəffüs yollarının selikli qişasını güclü şəkildə qıcıqlandırır, funksiyasını zədələyir. Zəhərli maddələr daxili orqanlarda, xüsusilə də sinir sistemi və qaraciyərdə daha ciddi fəsadlara səbəb olur. Ona görə də bütün zərərli təsirlərdən qorunmaq üçün yağlardan təkrar istifadəyə yol verməmək lazımdır. /aztibb.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1263   Tarix: 28 noyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari