Yaponların gec qocalmasının və kökəlməməsinin SİRRİ - İNANMAYACAĞINIZ SƏBƏBLƏR - FOTO

Yaponların gec qocalmasının və kökəlməməsinin SİRRİ - İNANMAYACAĞINIZ SƏBƏBLƏR - FOTOUzunömürlülüyə görə, yaponlar mütləq rekordçulardır. Onlar həm də haqlı olaraq dünyanın ən arıq xalqlarından biri sayılır. Ölkə əhalisinin orta hesabla 3% -i artıq çəkidən əziyyət çəkir.
Milli.Az xəbər verir ki, bu məsələdə yaponların qida mədəniyyətinin rolu az olmayıb. Yaponiyada hökumət tərəfindən rəsmən tövsiyə edən qida sistemi mövcuddur. Bu sistemi 2000-ci ildə bir neçə nazirlik hazırlayıb və o "Fırfıra" (populyar uşaq oyuncağının şərəfinə) kimi tanınır.
Bu yazıda sizi yaponların qidalanma sistemi ilə tanış edəcəyik:
"Fırfıra" qidalanma sisteminin əsas xüsusiyyəti odur ki, tərkibində aşağı miqdarda yağ olan karbohidratlar üstünlük təşkil edir. Həmçinin böyük miqdarda şəkər, duz, şirniyyat və içki məhsullarının istehlakını azaltmaq tövsiyə olunur.
Bütün məhsullar bir neçə qrupa ayrılır, onların hər biri tövsiyə edilən miqdarda günlük porsiyalara (porsiyalar insanın cinsindən və yaşından asılıdır) bölünüb. Rasionun əsasını yarmalar, dənli bitkilər, tərəvəz, (təzə hazırlanmış şorbalar) təşkil edir, ardınca ət və balıq yeməkləri gəlir. Meyvə və süd məhsulları gündə 2 porsiya verilir.
Nə yediyimizlə bərabər necə yediyimiz də vacibdir. Yaponiyada yeməkdən zövq almaq xüsusi bir mədəniyyətdir. Həmçinin orqanizm üçün ən optimal ritmi tapmaq və eyni saatda qidalanmaq tövsiyə olunur.
Qidalanma sisteminə əsasən, düyü və balıq kimi beynəlmiləl mətbəxin yeməkləri, eləcə də yerli və mövsümi məhsullar daxildir.
Hər bir qida qəbulu balanslaşdırılmış olmalı və ona müxtəlif qrupların qida məhsulları daxil edilməlidir. Məsələn, Yaponiyada tipik məktəb naharı belədir: düyü, ət və ya balıq, miso şorbası, bir stəkan süd və meyvə.
Şüurlu bəsləmə yaponlarda ibtidai məktəbdən formalaşır. Nahar fasilə deyil, həm də təhsilin ayrılmaz hissəsidir. Şagirdləri nahar fasiləsində heç kim tələsdirmir, yeməkdən sonra isə masanı uşaqlar özləri təmizləyir.
Yemək və xərclənən kalorilərin miqdarı arasında balans nəzarət və müşahidə edilməlidir.
Yaponiyada ehtiyat qida saxlamaq, çox yemək hazırlamaq qəbul edilmir. Üstünlük təzə məhsullara verilir.
Çörək yox, düyü
"Mən də həmişə qaynadılmış düyü yesəm, arıqlayaram", - deyə düşünürsünüzsə, yanılırsınız. Çünki yaponlar yalnız plov və suşi ilə qidalanmır. Əksinə, gündəlik qidalanma menyuları çox zəngindir.
Məsələn, yaponların klassik süfrəsində balıq, yeməli yosun növləri, pörtülmüş tərəvəzlər, bir kasa düyü, soya, şirniyyatı əvəz edən meyvələr və matça çayı daxildir. Yəni ağızlarına bir neçə suşi atmaqla kifayətlənmirlər, doyana qədər yeyirlər. Ancaq bu yeməklərin heç biri yüksək kalorili deyil. Başlıcası onlar fəstfud məhsullarını sevmirlər.
"Yapon qadınları nə qocalır, nə də kökəlir" adlı kitabın müəllifi Naomi Moriyama bu vəziyyəti ətraflı şəkildə izah edib:
"Yapon qidalanma tərzi 26 faiz yağ ehtiva edir. Şəkər və kalori də olduqca aşağıdır. Balığa əsaslanan bu qidalanma tərzi yaponların daha yüksək dozalarda Omeqa-3 yağları qəbul etməsinə imkan verir. Yaponiyada işlənmiş və konservləşdirilmiş yeməklər də qərbə nisbətən azdır. Yaponların gündəlik qəbul etdiyi ümumi kalori miqdarı digər ölkələrə görə çox aşağıdır.
Yaponların yediyi plov bizim bol yağlı plovdan deyil. Çünki onlar düyünü duzsuz və yağsız halda yeyir. Azərbaycan mətbəxini çörəksiz və xəmir xörəklərsiz təsəvvür etmədiyimiz kimi, yapon süfrəsini də düyüsüz təsəvvür etmək mümkün deyil. Hətta Yaponiyada "yemək yeyək" ifadəsini "düyü yeyək" birləşməsi əvəz edir.
Bişirilmə texnikası
Yaponlar demək olar ki, bütün yeməkləri az bişmiş və çiy halda istifadə edir. Yeməkləri daha çox qaynatma, buxarda bişirmə və dəmir tor kimi üsullarla hazırlamağa üstünlük verirlər. Yapon qadınları heç qızardılmış xörəklər bişirmir. Bu üsullarla yeməklər daha yumşaq şəkildə bişirildiyi üçün qida dəyərlərini də itirmir.
Az öncə bəhs etdiyimiz sağlam bişirmə üsulları sayəsində yaponların yağa ehtiyacı qalmır. Buna görə də kərə yağının dadını belə bilmirlər, süd məhsullarını az hallarda istifadə edirlər.
Kərə yağı daxil heç bir heyvan mənşəli yağ istifadə etməyən yapon qadınları bu ehtiyaclarını soya və küncüt yağları ilə qarşılayır. Beləliklə, sağlam yağlar həyat keyfiyyətlərinə də birbaşa təsir edir.
Yeməklərini kiçik boşqablarda yeyən yaponlar boşqabı bizim kimi doldurmurlar. Porsiyalar kiçik olmalı və yemək tikələri yavaş-yavaş çeynənilməlidir.
Şirniyyat mədəniyyətləri yoxdur
Yaponlar bizim kimi kalorili yemək yeyib, üstündən də ağır şirniyyatlar yemirlər. Çünki Yaponiyada şirniyyat mədəniyyəti yoxdur. Onlarda şirniyyatları meyvələr əvəz edir. Damaq dadı bizdən olduqca fərqli olan yaponlar düyüdən hazırlanmış dondurmalara və qaynadılmış qırmızı lobyadan hazırlanmış faydalı desertlərə üstünlük verir.
Nəticə
Bu qaydaların sadəliyinə baxmayaraq, onlar çox səmərəli işləyirlər. Tədqiqatın təsdiqlənmiş nəticələri 2016-cü ildə dərc olunub. Tədqiqatlar zamanı bir qrup yapon alimləri 15 il ərzində təxminən 80 min həmyerlisinin qida vərdişlərini öyrənib. Məlum olub ki, yemək üzrə rəsmi tövsiyələrinə əməl edən, insanlar arasında, ölüm halları 15% azdır.
Gördüyünüz kimi, yaponların qida sistemi tamamilə aydın və şəffafdır: Təmiz məhsullar və ənənəvi ləziz yeməklərə üstünlük vermək lazımdır, şiriniyyatların və yağların miqdarını məhdudlaşdırmaq, ümumiyyətlə, qidalanmaya şüurlu yanaşmaq lazımdır. (publika.az)
Milli.AzYaponların gec qocalmasının və kökəlməməsinin SİRRİ - İNANMAYACAĞINIZ SƏBƏBLƏR - FOTOYaponların gec qocalmasının və kökəlməməsinin SİRRİ - İNANMAYACAĞINIZ SƏBƏBLƏR - FOTOYaponların gec qocalmasının və kökəlməməsinin SİRRİ - İNANMAYACAĞINIZ SƏBƏBLƏR - FOTOYaponların gec qocalmasının və kökəlməməsinin SİRRİ - İNANMAYACAĞINIZ SƏBƏBLƏR - FOTOYaponların gec qocalmasının və kökəlməməsinin SİRRİ - İNANMAYACAĞINIZ SƏBƏBLƏR - FOTO/news.milli.az

Sağlamlıq     Baxılıb: 1802   Tarix: 26 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

geyim necə seçməli yemek reseptleri sac duzumleri plastik əməliyyat salatlar və qəlyanaltılar psixoliji məsləhətlər ləkələr kosmetika hakiwda nağıllar oğlaq tərəzi novruz bayramina aid