Yarasalarda yeni növ koronavirus aşkar edildi
Hindistanın "Hindistan Deyli" jurnalının verdiyi məlumata görə, Hindistan Tibb Tədqiqat Şurasının alimləri, bu ölkədə yarasalarda hələ öyrənilməmiş yeni bir növ koronavirus aşkar edilib. Jurnaldan verilən xəbərə görə, söhbət Himaçal Pradeş əyalətindəki yarasalarda tapılan "BtCoV" virusundan gedir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, turistləri özünə cəlb edən bu yarasalar Kerala, Tamiland əyalətlərində və Puduçeriya ərasizisində geniş yayılmışdır. Alimlər, 25 halda bu virusun iki növünü araşdırmaq üçün, iki növ yarasa seçib. Hindistan Milli Virusoloji İnstitutunun işçilərindən birinin sözlərinə görə, bu virus növünün insanlar üçün nə qədər təhlükəli olduğunu daha dəqiq araşdırmaq lazımdır, çünki hazırda bu virus növünün insanlarda bir xəstəlik yaratmasına dair heç bir dəlil yoxdur. "Bu yarasaların, koronavirusunun mövcud yoluxucu xəstəlik olan KOVİD-19 virusuna səbəb olan SARS-CoV-2 virusu ilə əlaqəsi olmadığını əminliklə söyləyə bilmərik. 2018-2019-cu illərdə bu yarasalar Nipah virusuna yoluxmuşdu. Bu virusa yoluxmuş insanlar arasında 70% ölüm səbəb olur", - deyə tədqiqatçı bildirib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir