Yaraşıqlı aktyorun özəl həyatı
Atası Bolqarıstan göcməni, anası isə Bosniyalı olan Çağatay Ulusoy 1990-cı ildə İstanbulda dünyaya gəlib.
Bu şəhərdə doğulub boya-başa çatan Çağatay "Best Model of Turkey" yarışmasında iştirak edir və 15 Oktyabr 2010-cu ildə kişi modeli olaraq birinciliyi qazanır.
1,90 boyu və 82 kq çəkisi olan model filmlərə də dəvət almağa başlayır. Seriallara kiçik rollara dəvət alan Ulusoy 2011-ci ildə Show TV kanalında yayımlanan"Adını Feriha Koydum"adlı serilalda baş rolu canlandırır. Tərəf müqabili Hazal Kaya ilə aralarında sevgi münasibətlərinin olduğu deyilsə də, tərəflər aralarında yalnız dostluq münasibətlərinin olduğunu bildiriblər.
2013-cü ilin Sentyabrda ekranlara çıxan "Medcezir" serialında baş rolu ifa edən modelin tərəf-müqabili model-aktrisa Serenay Sarıkaya olur. Film çəkilişləri zamanı onlar arasında səmimi münasibətlər yaranmağa başlayır. Bir müddət bir-birinə aşiq olan cütlük münasibətlərini mediadan gizlətmirlər. 2015-ci ilin aprel ayında isə onlar münasibətlərinin bitdiyini etiraf edirlər.
Serenay Sarıkaya ilə münasibətlərinin ardınca məşhur modelin voleybolçu Özge Ertözlə sevgili olması ilə bağlı xəbərlər yayılsa da, o, bu xəbərin doğru olmadığı barədə açıqlama verir.
"Delibal" filminə çəkilməyə hazırlaşan aktyor tərəf müqabili Leyla Lidya Tuğutluyla bir araya gəldikləri barədə xəbərlər mediada yer alıb.
f Paylaş








Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı
1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ
Sənin üçün o qədər darıxmışam ki