Yaşadığımız Bakı şəhəri bizi necə öldürür? – Toz, səs, tıxac və zibilin DƏHŞƏTLİ ZƏRƏRİ

Yaşadığımız Bakı şəhəri bizi necə öldürür? – Toz, səs, tıxac və zibilin DƏHŞƏTLİ ZƏRƏRİBu gün urbanizasiyada kənddən şəhərə axın bütün əsrlərdə olan statistikanı üstələyib. İnsan orqanizmi yaradılışdan stresə davamlıdır. Əgər əvvəllər insanlar yalnız müharibə zamanı güclü stress keçirirdilərsə, bu gün adi şəhər həyatı müharibədəki stresə bərabərdir. Çünki bu stress bitmir, 1-2-5 il çəkmir, sonu yoxdur, xroniki hala keçir.
ÜST şəhər həyatının, xüsusən iri meqopolis və paytaxtların insan orqanizmini ən tez 12 il ərzində sıradan çıxardığını bildirir.
- Yollar, avtomobillər, tıxaclar
Milli.Az medicina.az-a istinadən bildirir ki, gündəlik stres sanki daxıla atılan qəpik kimidir. Yollarda sürücülər digər sürücülərə qəzəblənir, mübahisə edir və bu stress gecəyə kimi bədəndə qalır. Yolda tıxac zamanı keçirilən stress bir tələbənin imtahan öncəsi stresinə bərabərdir.
Eləcə də şəhər içində hər yerə sükan arxasında getmək oturaq həyatı təşfiq edir. Bu da gənc yaşdan damar, ürək, qaraciyər problemi deməkdir. Maşında keçirilən hər 1 saat piylənməni 5% artırır.
Çox yolda olan, tıxaca düşən çox siqaret çəkir, içki içməyə meyillənir, aqressiv olur, yuxusu pis olur.
Gündə 3 saat şəhər yollarında maşın sürmək 10 il ərzində ömrü 2% azaldır.
- İctimai nəqliyyat
Təkcə maşını olanlar yox, piyadalar da neqativ təsirdən uzaq deyil. İctimai nəqliyyatdan - metro, avtobus, elektrik qatarından çox istifadə edənlər ikiqat güclü stresə məruz qalır, psixosomatik xarakterli problemlər baş qaldırır. Xüsusən şəhər nəqliyyatı bərbad işləyən yerlərdə daim gecikmək təhlükəsi gənc nəslin beynini və ürəyini sıradan çıxarır.
basabas, havasızlıq, səs-küy, başqa adamların bədən təması, kobudluğu, nəqliyyatda silkələnmə birinci növbədə ağciyərlər, qalxanvari vəz və sinir sistemini çökdürür.
Eləcə də ictimai nəqliyyatdan asılı piyadaların immuniteti virus və qrip hücumuna daha çox məruz qalır.
- İşdən evə uzun yol
Alimlər hesablayıb ki, bir insanın gündəlik yolu -evdən işə və əksinə nə qədər uzun olarsa, bir o qədər orqanizm zərər görür. Simpatik və parasimpatik sinir sistemi pozulur, insan istirahət edə bilmir, ümumiyyətlə, onun sinir sistemi oyaq və gərgin olur.
Eləcə də yol bu insanların enerjisinin yarısını alır və onların aktivliyi azalır.
- Səs-küy
Şəhər əhalisinin bədəni, qulağı eşidilən səslər və eşidilməyən vibrasiyalara daim məruz qalır. Yəni bu adamlar sakitlik nədir bilmir.
Amerika Milli İnstitutu açıqlayıb ki, bir insan hər gün 85 desibeldən yüksək səsə məruz qalırsa, onun eşitmə, görmə, düşünmə ilə problemləri olur, yüksək təzyiq, ürək xəstəlikləri, yuxusuzluq, depressiya və psixi pozulmalar baş qaldırır.
- Çirkli hava ilə nəfəs
İnsan üçün həyati vacib amil tənəffüsü və aldığı havadır, şəhər mühitində təmiz havadan söhbət gedə bilməz. Avtomagistral yolda 2 saat nəfəs almaq, 1 siqaret çəkməyə bərabərdir. Çox zaman heç siqaret çəkməyən şəhər insanın ağciyərlərinin vəziyyəti siqaret çəkənləeyni olur. Avropa Birliyində bir gün şəhər havasında nəfəsalma 2 siqaretə bərabərdir.
2013-cü ildə 3,6 milyon insanın ölümü məhz atmosfer çirklənməsindən qaynaqlanıb.
Çirkli şəhər havası insult, ağciyər xərçəngi, digər ağciyər xəstəlikləri, zob, ateroskleroz,infarkt xəstəliklərini artırır.
- Şəhərin zibilliyi
Bu gün şəhər zibilxanalarının, xüsusən kimyəvi təhlükəli zibilin düzgün utilizasiyası dünya ölkələrinin həll edə bilmədiyi ciddi problemdir.
Şəhərlərdə zibil miqdarı kəskin artıb, yeni texnologiyalar plasmas, plastik torba, kimyəvi maddələr, məişət tullantılarının havaya zərər vurmadan işlənib yandırılmasını təmin edə bilmir, hələ elə bir sistem yaradılmayıb ki, hansısa şəhərdə zibillər tam yığılsın və insan orqanizminə zərər vermədən məhv edilsin. Düzünə qalsa, zibillə məşğul olmaq heç kimin marağında deyil.
- Darıxdırıcı memarlıq
Şəhərin memarlıq görünüşü də stresin səviyyəsinə təsir edir. Yeknəsək, eyni, darıxdırıcı qutu binalar, dar küçələr, boz rənglər stres hormonu olan kortizolu artırır, serotonini azaldır, ürək-damar xəstəliklərini artırır. Eybəcər və rəngsiz şəhər orda yaşayanların beynində biokimyəvi prosesləri dəyişir. Gözlər eyni mənzərəni görməkdən yorulur,
Eyni emosiyalarda ilişib qalan insanın enerjisi azalır, ona yeni ideyalar gəlmir, heç nə onu sevindirmir. 10 il belə yaşamaq beyni emosional yandırır.
Yazılanlar sizə tanış gəldi. Bütün bunlar digər şəhərlərdəki kimi Bakıda da yaşanır. Ona görə bir gün doğma Bakı sizi ömrünüzü ən yaxşı çağında yarımçıq qoysa, heç də təəccüblənməyin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1458   Tarix: 22 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

yemek reseptleri qaşların formalari geyim və ayaqqabılar etiraflar sərxan kərəmoğlu ev dekorasiyası hamiləlikdə axıntı kosmetika burcler haqqinda efsane haxisdalar nizami gəncəvi kurtlar vadisi