Yaşadığınız mərtəbənin taleyinizə İNANILMAZ təsiri

Yaşadığınız mərtəbənin taleyinizə İNANILMAZ təsiriNumerologiya elmi müəyyən əhəmiyyət kəsb edir. Bu qədim elm əsasında ədədlərin insan həyatına təsiri haqqında müəyyən məqamları öyrənmək olar. Çünki rəqəmlər bizi hər yerdə mühasirəyə alır. Numerologiya elmi ilə məşğul olan alimlər iddia edir ki, yaşadığımız mərtəbə də həyatınıza təsir edir. Və bu rəqəmlər əsasında bir çox yeni məlumat öyrənmək olar.

Publika.az Rusiya mətbuatına istinadən yaşadığımız mərtəbənin taleyə təsiri barədə maraqlı məlumatları təqdim edir.

1-ci mərtəbə: Bu rəqəm insanı kamilliyə və arzularına doğru aparır. Bu mərtəbə mənsəbpərəstlərə böyük uğur gətirəcək.

2-ci mərtəbə: Bu mərtəbə insanları ətrafdakılara qarşı daha dözümlü olmağa məcbur edir. İkinci mərtəbənin sakinləri depressiyadan tez-tez əziyyət çəkir və xülyalarda yaşayır.

3-ci mərtəbə: Bu mərtəbənin sakinləri hakimiyyətə və nüfuza can atır. Onlar üçün cəmiyyətdə yüksək mövqe çox vacibdir.

4-ci mərtəbə: Bu mərtəbənin sakinləri öz həyatından çox vaxt narazıdır. O, reallıqdan daim şikayət edir və öz ünvanına deyilmiş tənqidləri qəbul edə bilmir.

5-ci mərtəbə: Numerologiya elminə əsasən beşinci mərtəbə gəlirin artmasına və mənsəb yüksəlişinə kömək edir.

6-ci mərtəbə: Bu mərtəbə ailəli sakinlər üçün əlverişlidir. Altıncı mərtəbə orada məskunlaşanlara bunları bəxş edir: uşaqlar, rahatlıq və sülh, firavanlıq və sevgi.

7-ci mərtəbə: Bu mərtəbə yaradıcı və orijinal insanlara uğur gətirir. Hətta bu mərtəbəyə tamamilə adi insanlar köçübsə, onda onlar tezliklə hamıdan fərqli yaşamağa başlayacaq.

8-ci mərtəbə: Məhdud dünyadan bezən sakinlər üçün uğursuz mərtəbədir. Burada maksimalist insanlar yaşayır.

9-cu mərtəbə: Doqquzuncu mərtəbədən güclü enerji gəlir. Öz məqsədlərinə nail olmağa həmişə çalışanlar burda həmişə xoşbəxtlik tapacaq. Bu mərtəbə liderlərindir.

10 mərtəbə: Onuncu mərtəbədə yaşayanlar isə hakimiyyətə can atır, həm işdə, həm ailədə, həm də öz dairəsində lider olmağa çalışır.

11-ci mərtəbə: Bu mərtəbə insan xarakterini güclü və daha iradəli edir. İddialı, yaradıcı və orijinal insanlar üçün uğurlu variantdır.

12-ci mərtəbə: Bu mərtəbədən gələn vibrasiyalar insana mənfi təsirlər göndərir. Sakinlər özünə inamsız olur və ya daimi mənəvi dəstəyə ehtiyac duyur.

13 mərtəbə: Bu rəqəm ixtiraçılara və novatorlara düşərlidir. On üçüncü mərtəbədə adətən yeni, unikal nələrsə yaratmaq istəyən qeyri-adi adamlar yaşayır. Lakin, bir qayda olaraq, onların ideyaları anlaşılmaz qalır.

14 mərtəbə: Bu insanlar üçün maddi nemətlər çox dəyərlidir. Bu mərtəbə varlanmaq istəyənlərə uğur gətirəcək.

15 mərtəbə: Bu mərtəbə insanlara daxili və xarici cazibə verir. Bu mərtəbənin sakinləri ətrafdakıların diqqətini özünə cəlb etməyi yaxşı bacarır.

16-cı mərtəbə: Numeralogiya elminə əsasən on altıncı mərtəbə insanları riskli, şübhəli və azad edir. Səyyahlar və macəra həvəskarları da bu mərtəbədə yaşayır.

17-ci mərtəbə: Bu mərtəbədə yaşayan insanlar çox orijinaldır. Onlar üçün ideallar yoxdur, onlar özləri həqiqəti axtarmağa və nəyin yaxşı, nəyin pis olduğunu özləri aydınlaşdırmağa öyrəşiblər.

18-ci mərtəbə: Bu mərtəbə insanlara istəklərin və planların reallaşdırılması üçün güc və enerji verir. Həm də bu mərtəbənin sakinləri bəzən çox hirsli və impulsiv olur.

19-ci mərtəbə: Bu mərtəbə insana amiranə xarakter verir. Bu isə liderlik təbiətini və aqressiv tərəflərini sakitləşdirməyi öyrənməyənə qədər başqaları ilə münasibətdə onlara mənfi təsir göstərə bilər.

20-ci mərtəbə: Bu mərtəbənin sakinləri öz xəyallarında yaşayır. Onlar real dünya və məişət çətinliklərinə uyğunlaşa bilmir.

21-ci mərtəbə: Bu mərtəbənin sakinlərinin fikirləri, bütün istək və arzuları tez bir zamanda reallığa çevrilir.

22-ci mərtəbə: Bu mərtəbə insanın özünə qarşı inamsızlıq və tərəddüd yaradır.

23-ci mərtəbə: Bu mərtəbənin sakinləri həyatdan çox şey istəyir, amma öz arzularını həyata keçirmək üçün çox az səy göstərirlər.

24-cü mərtəbə: Bu mərtəbə əzab və qeyri-stabil emosional vəziyyət deməkdir. Bu mərtəbənin sakinləri bütün xoşagəlməz vəziyyətə dözməyə və onu qəbul etməyə adət edib.

25-ci mərtəbə: Bu mərtəbənin energetikası qeyri-sabitlik ötürür. Sakinlər daim nə isə axtarırlar.

Maraqlı     Baxılıb: 5643   Tarix: 30 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

turlar.az

yemek reseptleri yay kolleksiyasi makiyaj instagram janrlar sizanaqlara qarsi vasite aylıq bürclər gözəllik kosmetika vətənə aid atalar sözləri qoğalın nağlı qadin saglamlig zencefil zehmet ve zinet