Yaşasaydı 39 yaşı olacaqdı - Şəhid Həsənin doğum günüdür/FOTO
Aprelin 12-si 2014-cü ilin iyulunda Kəlbəcərdə həlak olmuş cəbrayıllı şəhid Həsən Həsənovun ad günüdür, yaşasaydı 39 yaşı tamam olacaqdı.
Xanim.az-ın məlumatına görə, Həsən Fərman oğlu Həsənov 1978-cı i aprelin 12-də Cəbrayıl rayonunun Mehdili kəndində dünyaya gəlib. Həsən doğma kəndində 7-ci sinfi bitirib. Daha sonra Qarabağı işğal edən düşməni məhv etmək arzusu ilə sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verib və burada təhsil alıb.
Həsən Həsənov 2014-cü ilin iyulunda əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə Kəlbəcərə gedib. O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan Silahlı Qüvvələri onları girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb.
Şəhid Bakıda dəfn edilib. O, ailəli idi, iki qızı qalıb.
mənbə: modern.az
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir