Yaşlılar niyə isti geyinir?

Yaşlılar niyə isti geyinir?Yaşlı nəslin nümayəndələrinin bir neçə qat paltar geyinmələrini, tez-tez üşüdüklərini yəqin ki, hamınız müşahidə etmisiz. Qalın geyinmə istəyinə hava xüsusi rol oynamır, çoxları, hətta ilin isti fəslində də papaq, şal, corab və digər atributlardan istifadə edir. İllər ötdükcə insan orqanizmində maddələr mübadiləsi ləngiyir. Yaşlılarda qan damarları tutulur, qan qatılaşır və ətrafdakı xırda kapilyarlara pis çatır, ətraflar lazımınca isinmir.
Adama elə gəlir ki, əvvəl ayaqları üşüyür və onları isti saxlamağa çalışır. Sonra bu hissiy­yat yuxarı qalxır, bel isti şala bükülür, canlıq geyinilir.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, yaşlıların çoxu artrit və revmatizmdən əziyyət çəkir, hava azca soyuyan kimi oynaqlar sızıldayır.
Artrit infeksiya, immun sistemi pozun­tuları, maddələr mübadiləsinin pozulması ilə təhrik olunan xəstəlikdir. Artritin əsas əlaməti iltihab prosesidir: şişkinlik, qızartı və zədələnmiş oynaq nahiyyəsində istilik hissi.
Revmatizm sistemli infeksion-allergik xəstəlik olaraq, əsasən, ürək-damar sistemi və oynaqların, eləcə də, daxili orqanların və mərkəzi sinir sisteminin birləşdirici toxumasını zədələyir.
Daha bir vacib amil əzələ kütləsinin azalmasıdır ki, bu səbəbdən titrəmək zəif alınır. Titrəmədən isinmək də mümkün olmur. Yaşlandıqca iştaha azalır, yaşlılar az yeyir, bu isə enerji və istilik hasilatını azaldır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1011   Tarix: 02 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qis geyimləri 2026 toy makiyajlari yaz geyimleri 2026 əkizlər bürcü aybasi ucun derman saç kəsimləri şirniyyat kosmetika haxisda rəksanə yemekler veten haqqinda bayatilar əqrəb