Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?

Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?Bu dünya onu ilk görənlər üçün ləzzət və xoşluqlar içində görünsə də, ancaq yaxşı baxan üçün aydın olar ki, heç də belə deyildir. Bu dünyanın çətinlikləri və əziyyətləri xoşluqlarından daha çoxdur.

Bu dünya başdan-başa maddiyyatla doludur. Ancaq dünya nə sərvət tanıyır, nə vəzifə, nə şəxsiyyət, nə də yaş və cinsiyyət. Hər kəsi müsibət atəşi ilə yandırıb, közə çevirir. Heç kəsə rəhm etmir.

İnsan bu çətinliklərdən həll yolunu axtarır. Allah bizlərlə Öz rəsullarının (ə) vasitəsilə həll yolunu tanıtmış və onlardan istifadə yolunu öyrətmişdir.

Bu göstərişlərin hamısının kökündə Allahı yada salmaq durur. Allahın Peyğəmbəri (s) çətinliklərdən çıxmaq üçün bizə ən sərfəli yolları tanıtmışdır. Bu, elə yoldur ki, bizi tez bir zamanda məqsədimizə çatdırar. (Tebyan)

İmam Rza (ə) buyurur: "İki qardaş Peyğəmbərin (s) xidmətinə gəlirlər və deyirlər: "Biz ticarət üçün Şama getmək istəyirik. Bizə özümüzü qorumağın yollarını öyrədin".

Həzrət (s) onlara buyurur: "Nə zaman istirahət etmək üçün endiniz və işa namazını qıldınız və namazdan sonra yatağınıza uzandınız ilk olaraq, Həzrət Fatimənin (s.ə) zikrini və sonra "Ayətül-kürsü"nü oxuyun. Sübhə qədər hər şeydən amanda olacaqsınız".

Yolda bir dəstə oğru onları təqib edir. O zaman ki, gecə istirahət üçün yüklərini endirirlər, oğrular onların oyaq olub-olmadığını yoxlamaq üçün nökərlərini casusluğa göndərirlər. Nökər onlara gəlib çatan zaman bu qardaşlardan biri yatağa uzanıb təsbih və ayələri deməklə məşğul olur. Oğruların casusu qabağa gəlir və görür ki, qarşısında uca bir divar ucalmışdır. Nökər bu iki divarın ətrafını fırlanır, ancaq içəri girmək üçün yol tapmır. Qayıdıb oğrulara deyir: "And olsun ki, iki divardan savayı heç nə görmədim".

Oğrular ona inanmır və deyirlər: "Xar və zəlil ol! Sən yalan deyirsən. Sən qorxaqsan".

Ona görə də özləri qalxıb, həmin iki qardaşın karvanına tərəf gedirlər. Onlar da iki uca divardan savayı heç nə görmürlər. Divarı fırlanırlar və heç kəsi görmürlər. Ümidsiz halda öz yerlərinə qayıdırlar.

Səhər olan zaman onların yanına gəlib deyirlər: "Dünən gecə harada idiniz?".
Dedilər: "Elə burada".

Oğrular deyir: "Allaha and olsun ki, biz gəldik və burada iki divardan savayı heç nə görmədik. Bizə deyin görək, bunun səbəbi nədir?".

Deyirlər: "Həzrət Peyğəmbərin (s) yanına getmişdik. Ondan bizə bir şey öyrətməsini istəmişdik. Peyğəmbər (s) də bizə yatmazdan əvvəl Həzrət Zəhranın (s.ə) təsbihini deməyi və "Ayətül-kürsü"nü oxumağı öyrətdi. Biz də onları dedik".

Oğrular dedi: "Gedin və rahat olun. Allaha and olsun ki, sizi bir də təqib etməyəcəyik. Heç bir oğrunun əli sizə çata bilməz"".

Bəli, bu iki böyük açar ki, biri Qurandır və o birisi isə Peyğəmbərin (s) əziz qızına öyrətdiyi zikrdir - çox sayda bağlı qapıları açmışdır. Çox düyünlərin açılmasına səbəb olmuşdur./deyerler.org/

Ailə və Uşaq     Baxılıb: 8673   Tarix: 29 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

aksessuarlar sade makiyaj sekilleri kosmetoloq zaur ve gunay şirniyyat resepti usaq oyuncaqlari üzə qulluq kosmetika cinsi əlaqə yumurta narin faydasi tapmaca novruz bayramına aid