Yatanda belə edirsinizsə, utanmayın - Faydalıdır
Oyuncaqlarla yatmaq psixoloji cəhətdən faydalıdır.
Milli.Az-ın məlumatına görə mütəxəssislər bildiriblər ki, oyuncaqlara sarılaraq yatmaq yalnız uşaqlar üçün deyil, böyüklər üçün də çoxsaylı faydalar verir.
Pennsylvaniya Universitetinin klinik psixologiya mütəxəssisi Max Genecov qeyd edib ki, uşaqlıqdan qalan oyuncaqla yatmaq insanlara rahatlıq və təhlükəsizlik hissi aşılayır. O, bu üsulun bəzi hallarda travmaların müalicəsində də istifadə olunduğunu vurğulayıb.
Çikaqoda aparılan tədqiqatlar göstərib ki, COVID-19 pandemiyası dövründə oyuncaq satışlarında ciddi artım qeydə alınıb. 2024-cü ildə satılan oyuncaqların 21 faizi 18 yaşdan yuxarı insanlara aid olub. Sorğularda iştirak edən şəxslərin əksəriyyəti isə uşaqlıqda sahib olduqları oyuncaqla yatdıqlarını bildiriblər.
Psixoloq Dr. Jade Wu-nun sözlərinə görə, oyuncaqla yatmaq insanlara rahatlıq və dinclik gətirir, bu vərdiş böyüklər üçün də müsbət təsir yaradır. Psixoloq Dr. Jessica Lamar isə bildirib ki, keçmişdə travma yaşamış insanlar oyuncaqlarla uşaqlıqdakı çatışmaz sevgi və güvəni yenidən hiss edə bilirlər.
Digər mütəxəssis Dr. Barbara Greenberg isə qeyd edib ki, oyuncaqlar təkcə travma keçirmiş şəxslərə deyil, hər kəsə fayda verə bilər. Onun sözlərinə görə, bu vərdiş stresin azaldılması və yuxuya keçidin asanlaşdırılması baxımından sağlam üsuldur.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi