Yatmamışdan əvvəl bu qidaları yeməyin
Yatmazdan əvvəl qəbul edilən bəzi qidalar yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, bu barədə britaniyalı dietoloq Kayl Krouli xəbərdarlıq edib. Onun sözlərinə görə, xüsusilə turş tərkibli meyvə və tərəvəzlər yuxu rejimini poza və hətta uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.
Mütəxəssisin apardığı araşdırmalara əsasən, bu cür məhsullar mədə ilə yemək borusu arasında yerləşən və qida borusunu qoruyan əzələlərin funksiyasını zəiflədə bilər. Nəticədə, turşuluqla zəngin olan mədə möhtəviyyatı geri qayıdaraq qida borusuna daxil olur, bu isə turşu reflüksü adlanır. Sözügedən vəziyyət yuxu zamanı narahatlıq, yanma və yuxunun tez-tez bölünməsi ilə müşayiət olunur.
Krouli qeyd edib ki, xüsusilə portağal, pomidor və qreypfrut kimi turş meyvə və tərəvəzlərdən gec saatlarda uzaq durmaq lazımdır:
"Bu məhsullar mədədə yanma hissini artırır və bu narahatlıq rahat yatmağa imkan vermir."
Dietoloq eyni zamanda gec saatlarda yağlı yeməklərin də qəbul edilməməsini tövsiyə edir. Yağlı qidalar həzm sistemini ləngidir və mədədə ağırlıq hissi yaradaraq reflüks riskini daha da yüksəldir.
Kayl Kroulinin fikrincə, sağlam yuxu üçün axşam saatlarında yüngül və asan həzm olunan yeməklərə üstünlük verilməlidir.
Asya
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi