Yatmazdan əvvəl çimənlərə alimdən xəbərdarlıq

Yatmazdan əvvəl çimənlərə alimdən xəbərdarlıqABŞ-də aparılan sorğulara görə insanların 42 faizi səhər, 25 faizi isə axşam çimməyə üstünlük verir. Səhər duş qəbul edənlər günə daha ayıq və təravətli başlamaq istədiklərini deyirlər. Axşam çimənlər isə təmiz halda yatağa girməyi üstün tuturlar.
Milli.Az xəbər verir ki, Britaniyalı klinik mikrobioloq Dr. Primrose Freestone bildirib ki, gün ərzində bədənə toz, kir, allergen və yağ toplanır. Bunlar dəridəki mikrobiom tarazlığını poza və bakteriyaların çoxalmasına səbəb ola bilər. Axşam duş bu çirkləri təmizlədiyi üçün faydalı hesab edilir. Ancaq bu da tam həll sayılmır. Çünki gecə yatarkən insan tərləyir və bu, bakteriyaların artmasına səbəb ola bilər.
Freestone qeyd edib ki, dərimiz gündə təxminən 1,5 qram ölü hüceyrə tökür. Bu qalıqlar yataqda toplanaraq toz gənələri üçün qida mənbəyinə çevrilir. Gənələrin özü insanı dişləməsə də, onların ifrazatı allergiya və astma kimi problemləri ağırlaşdıra bilər.
Mütəxəssislər bildirirlər ki, səhər və ya axşam duş qəbul etmək şəxsi seçimdir. Amma vacib olan yataq dəstlərinin təmizliyidir. Onların sözlərinə görə, çarpayı dəstləri həftədə bir dəfə, yay aylarında isə daha tez-tez yuyulmalıdır. Ev heyvanı olanlarda və allergiyası olan insanlarda bu müddət 3-4 günə endirilməlidir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 911   Tarix: 29 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli yay geyimləri 2026 geymler 2026 bürclər 2026 hamilə qadın nə yeməli seks hekayələri yaşıl çay kosmetika maya maskasi ariqla veten haqqinda atalar sozleri kəlamlar webnem tovuzlu