Yatmış Amur Karavaco xəstədir?

Yatmış Amur Karavaco xəstədir?Palazzo Pittidə Florensiyada sərgilənən, hamının yaxşı tanıdığı Karavaconun əsərində yaşı bilinməyən və öz qanadları üzərində oxları və yayı ilə uzanmış bir oğlan təsvir olunub. Qanadları və yayından təxmin etmək olur ki, oğlan Amurdur, lakin onun necə təsvir olduğu bu qədər bəlli atributlara baxmayaraq, şübhə doğurur. Təkcə ona görə yox ki, adətən, kupidonlar gözəgəlimli, dolu, qırmızıyanaqlı, sağlamlıq saçan körpələr kimi təsivr olunurdu, bu oğlan isə həm xoşagələn deyil, həm də qeyri-təbii vəziyyətdə yatıb. Şübhələri artıran bir də qara fondur, sanki kupidon qaranlığa qərq olur, halbuki işıq saçmalıdır.
Karavaco bir məlumat verirmi? Nəhayət, oğlan xəstədirmi?
1986-cı ildə aparılmış rentgenoloji müayinə göstərir ki, rəssam özü əsərinə bir neçə dəfə düzəliş verib, sol əlin vəziyyətini və sol qanadın konturunu dəyişib, fon da qara olmayıb: müxtəlif cüt əşyalar və heyvanlar olub, sevgi rəmzi olan cüt göyərçinlər olub.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, oğlanın dərisi sarımtıldır, yanağının qızartısı qeyri-sağlamdır, dodaqları və qulaqları bir qədər sianotikdir. Başı sinəsinə 45º bucağında əyilib (belə yatmaq rahat deyil). Döş qəfəsi deformasiyalıdır, batıqdır, "raxitik təsbeh"dən şübhələnmək olur. Qarqı qeyri-mütənasib böyükdür, oynaqları şişkindir, əzələlərsə hipotrofikdir. Bir də oğlanın sol biləyində "qoza" var.
1994-cü ildə Lancet jurnalında dərc olunmuş məqalədə Amurun revmatoidli artritdən, xüsu­sən, Still xəstəliyindən, yəni sistem əlamətləri ilə keçən yuvenil revmatoidli artritdən əziyyət çəkdiyi fikri söylənilmişdir.
Oğlanın sifətinin şişkinlyii gicgah-alt çənə oynağının artri­tin­dən xəbər verir. Alt çənə inkişafdan qalır (mikroqna­tiya). Sol dirsəyi böyü­müş kimi görünür, əli əyilib və qeyri-təbii bükülüb ki, bu da kontrakturadan xəbər verir. Sağ əlinin barmaq ucları sanki daralır (braxidaktiliya). Sol biləyindəki qoza zahirən sinovial kistaya bənzəyir. Dizləri çox böyüyüb, başının məcburi vəziyyəti isə boyun onurğasının xəstəliyə məruz qalmasından xəbər verir.
Yuvenil revmatoidli artritin ciddi sistem fəsadları ola bilər: kupidonun sianotik burnu və dodaqları, batıq sinəsi ürək çatışmazlığı əlaməti ola bilər, şişkin sifəti və göz qapaqları nefrotik sindromun əlamətidir, qabarmış göbəkli böyük qarnı qaraciyərin və dalağın böyüməsini göstərir. Nefrotik sindrom ikincili amiloidoz ilə bağlıdır. Espinel güman edir ki, Karavaco ölü uşağı təsvir edib, belə ki, yatmış Amur doğrudan da həyatsız görünür.
2017-ci ildə italiyalı həkim-müəlliflər Pozzilli və Cappa çap etdikləri məqalədə göstərir ki, oğlanın üzünün şişkinliyi və burun deformasiyası hipopituitarizm haqqında düşünməyə vadar edir.
Xülasə: "Saf nəzərə çatmaq çətin deyil, bu sadəcə mümkün deyil". Bizim daxili "obyektivin" diafraqmasının ləçəkləri peşəkar və şəxsi təcrübədən, təhsildən, zövqdən, rəng qavrayışından və digər tərkibdən ibarətdir və dünyaya baxışımıza, gerçəkliyi təhlil etməyimizə güclü təsir göstərir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1058   Tarix: 25 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

kosmetik vasiteler geyim necə seçməli reseptler kişi sonsuzluğu enli koftalar kakao boyurtken kompotu kosmetika maskalar novruz hakisdalari janrlar sanama seksler