"Yaxın saatlarda Müdafiə Nazirliyi bir neçə şəhid verdiyimizi açıqlayacaq" :Polkovnik- leytenant

"Yaxın saatlarda Müdafiə Nazirliyi bir neçə şəhid verdiyimizi açıqlayacaq" :Polkovnik- leytenantEhtiyatda olan polkovnik- leytenant, hərbi ekspert Üzeyir Cəfərov cəbhədə son günlər baş verən hadisələrlə bağlı cəmiyyətə müraciət edib. Qaynarinfo.Az həmin müraciəti oxucularına təqdim edir:

Əziz dostlar! Hörmətli həmkarlar!

Bu gün hamımız üçün çox çətin və ağır bir gün kimi keçir. Səhərdən hamı səbirsizliklə, böyük narahatçılıqla cəbhədə baş verənlərlə maraqlanır və bu da təbiidir. Suallar çox, cavablar isə həddindən az olduğuna görə bəzən şayilər də yayılır. İçi mən də daxil olmaqla hamımız Müdafiə Nazirliyimizdən baş verənlərlə bağlı məlumat gözləyirik. Bəli, biz azğın və şərəfsiz düşmənlə bu günkü döyüşlərdə çox qiymətli zabit və əsgərlərimizi itirmişik. Allah rəhmət eləsin və Şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin əzizlərinə, doğmalarına səbr və dözüm arzulayıram. Yəqin ki, yaxın saatlarda bizim neçə nəfər şəhid verdiyimizi hörmətli Müdafiə Nazirliyimiz açıqlayacaq. Bir nəfər əsgər və zabitimizin də sıramızdan vaxtsız getməsi əvəzsiz itkidir. Onlar Vətən uğrunda, torpaq naminə həyatlarını qurban verdilər. Amma, alçaq və şərəfsiz ermənilərin itkiləri bizimkindən qat-qat çoxdur. Təxmini hesablamalara görə düşmən bizdən 7 dəfə çox itki verib. Özünüz də yaxın günlərdə görəcəksiniz ki, ermənilər öz murdar leşlərinin sayını tədricən, iki gündən, üç gündən bir açıqlamağa başlayacaqlar. Onların öz itkilərini gizlətməsi çox asandır. Bir ucu Şuşa, Xankəndi, digər işğal altında olan ərazilərimizdəki səyyar tibb məntəqələrində onlar öz yaralı və meyidlərini saxlayır, sonra isə onları ya İrəvana, ya da digər şəhərlərin xəstəxana və hospitallarına təxliyyə edirlər.

Sosial mediada olan dostlardan və xüsusən də onlayn saytlar və bloqlarda olan yoldaşlardan acizənə xahiş edirəm ki, düşmənin məlumatlarından istifadəyə son qoysunlar. Ən azından onlar hər zaman olduğu kimi bu dəfə də dezinformasiyaları aktiv yayır və ordumuzun, xalqımızın ruhdan düşməsi üçün bütün mümkün variantlardan istifadə edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri də son dərəcə özlərini yersiz aparırlar. Bu müharibədir və düşmən bizim bəzi xüsusiyyətlərimizdən tam öz xeyrinə istifadə etməyə çalışır. Diqqətli və ehtiyatlı olaq.

Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdə bütün əməliyyat şəraitinə nəzarət edir və heç bir panikaya və narahatçılığa əsas yoxdur.

Tanrı Silahlı Qüvvələrimizi və Azərbaycanımızı qorusun!!

Xəbərlər     Baxılıb: 1459   Tarix: 27 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

turlar.az

sade makiyaj sekilleri makiyaj etmek qaydalari həkim məsləhəti qadinlarin seksi gavalinin faydalari karolın ve gızlı dunya ızle hipertoniya xəstəliyi kosmetika hakışda arxadan olmag xerçeng terezi həmidə