"Yaxşı ki, anasını da soyundurub fotosunu çəkməyib" - Deputat Mehman Hüseynov haqda

"Yaxşı ki, anasını da soyundurub fotosunu çəkməyib" - Deputat Mehman Hüseynov haqda"Təkcə Mehman Hüseynov aclıq etmir, Afrikada da insanların çoxu acdır. Mehman Hüseynovun aclıq aksiyası ilə bağlı şou düzəldən adamlar bəs nə üçün Afrikadakı ac insanlarla bağlı beynəlxalq təşkilatlara müraciət etmirlər? Bəs bizim müxalifət Afrikadakı ac adamlarla bağlı nə üçün BMT-yə müraciət etmirlər? Görünür ki, bunlar şou kampaniyası aparırlar".

BiG.AZ xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib.

Deputat radikal müxalif qüvvələr tərəfindən Mehman Hüseynovla bağlı şou kampaniyası aparıldığını söyləyib:

"Bəs müxalifət nə üçün Avropada etiraz aksiyası keçirən "sarı jiletliləri" müdafiə etmir? Nə üçün Latın Amerikasından ABŞ-a gəlmək istəyən insanların müdafiəsinə qalxmırlar? İndi gic-gic Azərbaycan dövləti əleyhinə kampaniya aparırlar. Mən heç Mehman Hüseynovu tanımıram, heç tanımaq da istəmirəm. Yaxşı ki, mən sosial şəbəkələrdə yoxam. Çünki harada avara var, sosial şəbəkələrdədir. Elə Mehman Hüseynov özü də soyunub foto çəkdirirdi. Yaxşı ki, anasını da soyundurub fotosunu çəkməyib. Bilmirəm ki, bu cür oğul böyüdən anaya Allahdan rəhmət düşür, yoxsa yox! Rusiyada da biri var idi, özünü mıxla "qırmızı meydan"da divara vururdu. Sonra o adam Fransaya gedib bank yandırmaq istəyəndə həbs etdilər. Sonra həmin adam Rusiyaya qayıtdı. İndi Mehmanı da Fransaya göndərmək lazımdır. Vaxtilə Avropa normal sığınacaq istəyən adamlara sığınacaq vermirdi. Amma indi harada avara var, onlara sığınacaq verir".

Araz Əlizadə vaxtilə mühacir həyatı yaşdığını deyib:

"Vaxtilə mən də mühacir həyatı yaşamışam. Özü də harada istəsəydim, mənə sığınacaq verəcəkdilər. Amma bir dəfə belə sığınacaq üçün müraciət etmədim. Dedim ki, mən mütləq Azərbaycana qayıtmalıyam. Vətənini istəyən adam başqa ölkədə sığınacaq almaz. O ki qaldı aclıq aksiyasına, mən də vaxtilə bir neçə gün aclıq elan etmişəm. İnsan aclıq edəndə, 8 gündən sonra ondan qəribə qoxular gəlir. Beynəlxalq insan hüquqlarına görə, insandan qoxu gələn zaman o, 1 nəfərlik kameralara köçürülür. Sonra isə həmin adama məcburi qida verilir. Yəni, Mehman Hüseynov da yalandan camaatı aldatmasın. O istəməsə belə, ona qida verilir. Bu məcburi qidadır. Vaxtilə mənə həmin məcburi qidanı burun vasitəsilə verirdilər. Bu qida isə insanı aclıqdan ölməyə qoymur".

Xəbərlər     Baxılıb: 5415   Tarix: 08 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

adlarin menasi qadın geyimi makiyaj etmek qaydalari vannalar viktoriya sekret geyim 2026 qadinlarda cinsi isteksizlik kosmetika englishdilində qulaq namiq qaraçuxurlu uzeyir hacibeyli gəncə xərçəng bürcü