Yayda necə qidalanmalıyıq?

Yayda necə qidalanmalıyıq?Yay gəlişi ilə istiləri də gətirir. İstidə yemək vərdişləri də dəyişə bilər. Yayda nə yemək və nəyi yeməmək lazımdır? Bu sual hamını düşündürür.
Milli.Az qafqazinfo-ya istinadən sizə yay qidalanmasında əməl etməli olduğunuz 8 tövsiyəni təqdim edir:
1. Yaşıl yarpaqlı tərəvəzlər yeyin
Vücudunuzun müqavimətini artırmaq üçün mövsümi tərəvəz və meyvələrdən istifadə edin. İmmunitet sistemini gücləndirmək üçün gündə 4-5 porsiya tərəvəz və 2-3 porsiya meyvə istehlak etmək vacibdir. Fol turşusu, kalium və C vitamini ilə zəngin olduğu üçün xüsusilə yaşıl tərəvəzlərə üstünlük verilməlidir.
2. Sağlam qidalanma üçün yağlı qidalardan uzaq durun
Qızardılmış və qovrulmuş kimi yağlı qidalar yerinə daha çox qril və ya buxarda bişirilmiş qidaları istehlak edin.
3. Meyvəni həddindən artıq yeməyin
"Sağlam qidalanacam" deyərək meyvəni çox istehlak etməyin. Çünki meyvənin tərkibindəki şəkərin miqdarı sürətli çəki artımına səbəb ola bilər.
4. Su vacibdir
Yayda sağlam qidalanmada diqqət edilməli olan ən vacib məsələ su sərfiyyatıdır. Hər kiloqram çəki üçün 30 ml su istehlak etməyi unutmayın, çünki temperaturun artması ilə bədəndən suyun ifrazı artacaq. Gündəlik su istehlakını 2,5-3 litr civarında saxlamaq sağlamlıq üçün çox vacibdir. Bundan əlavə, idman edərkən daha çox su istehlak etdiyinizə əmin olun.
5. Qazlı içkilər qəbul etməyin
Su ilə yanaşı, maye ehtiyacınızı qarşılamaq və sərinləmək üçün süd, ayran, mineral su, şəkərsiz limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkiləri də seçə bilərsiniz. Qazlı içkilər, həddindən artıq çay və həddindən artıq qəhvə istehlak etməkdən çəkinin.
6. "Dörd yarpaqlı yonca" modelinin qidalanması
Sağlam bir qidalanma üçün gündəlik istehlakınızda "Dörd yarpaqlı yonca" modelinə əməl edin. Bu, adekvat və balanslı qidalanmanıza kömək edir. 4 əsas qida qrupundan 4 yarpaqlı yonca yaradın. Hər yarpaq 1 qida qrupudur. Bu qruplar; süd və süd məhsulları qrupu (süd, qatıq, ayran), ət-quru paxlalılar-yumurta-pendir, çörək-taxıllı bitkilər qrupu (çörək, makaron, düyü) və meyvə-tərəvəz qrupu.
7. Yaxşı çeynəyin
Toxluq hissi yeməkdən 15-20 dəqiqə sonra hiss olunmağa başlayır. Buna görə də yavaş-yavaş yeməyə diqqət edin.
8. Gigiyenaya diqqət yetirin
Qida zəhərlənməsindən qorunmaq üçün gigiyenaya diqqət yetirin. Yay aylarında artan qida zəhərlənmələri əsasən yüngül və qısa müddətli xəstəliklər olsa da, ağır keçən hallar da ola bilər. Xüsusilə çöldə və ya açıq şəkildə satılan qidaları istehlak etməyin. Tez xarab olan, potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) açıq yerdə saxlamayın. Qida alarkən, hazırlayarkən, bişirərkən və saxlayarkən gigiyenaya diqqət yetirin.
Milli.Az

Xəbərlər     Baxılıb: 1334   Tarix: 27 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

qis geyimləri 2026 maskalar geymler 2026 körpələrin qidalanması tutmalar nişanlılıq sarimsagin xeyri kosmetika rus dilini oyrenek 2ci ders aysel şəkərbura nizami gəncəvi meseller