Yayda uşaqlarda ishalın qarşısını necə almaq olar?

Yayda uşaqlarda ishalın qarşısını necə almaq olar?Yayda uşaqlar arasında bəzi xəstəliklərə daha çox təsadüf olunur. Bu fəsildə daha çox qeydə alınanlar sırasına ishalla müşayiət olunan xəstəliklər, qida zəhərlənmələri və uşaqlar arasında sidik yolları infeksiyalarının çoxalması aiddir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu pediatr, Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.Onun sözlərinə görə, yay ishalları həm uşaqlar, həm də böyüklər arasında müxtəlif səbəblərdən, adətən infeksiyaların təsiri nəticəsində yaranır. Xüsusilə uşaqlar arasında olan ishallar daha çox təşviş doğurur. İshal beş yaşadək uşaqlar arasında ölüm səbəbləri içərisində ilk üçlüyə daxil olub. Hər il iki milyona yaxın uşaq ishal nəticəsində həyatını itirir. Buna səbəb ishal zamanı yaranan su və duz itkisi nəticəsində orqanların susuzlaşmaya məruz qalması və orqan çatışmazlığının inkişafıdır.
Onun sözlərinə görə, bir yaşadək, xüsusilə altı ayadək olan uşaqların su və duz itkisinə olan həssaslıqları daha yüksəkdir: "Çox aşağı bədən kütləsi ilə doğulmuş körpələr, 24 saat ərzində beş dəfədən çox nəcis ifrazı, ikidən çox qusması olan körpələr, maye müalicəsi almayan və ya həmin müalicəni alsa da bunu tolerə edə bilməyən, xəstəlik zamanı qidalanmadan imtina edən körpələr risk qrupuna aiddirlər. Bütün uşaqlarda, xüsusilə kiçik yaş qrupuna aid olanlarda ishal görüldüyü zaman həkimə müraciət etmək məsləhətdir.
Pediatr bildirib ki, ishal özünü qarın nahiyəsində ağrılar, bağırsaq hərəkətlərinin tezləşməsi, bağırsaqda maye miqdarının artması fonunda nəcisin ifrazının pozulması ilə büruzə verir. Nəcis daha sulu duru xarakter alaraq onun ifrazının sayı çoxalır. İshalın sayı adətən ilk 3-7 gün ərzində artır. Əgər bu zaman su və duz itkiləri varsa, bu, həkim tərəfindən dəyərləndirilərək itkinin yeri doldurulmalıdır. O zaman həyati təhlükələrin qarşısının alınması mümkün olur.
Həkimin sözlərinə görə, yayda ishalın qarşısını almaq üçün xüsusilə əl təmizliyinə, körpələr bez geyinirsə, onun vaxtında dəyişdirilməsinə, süni qidalanma varsa, qida vasitələrinin vaxtı-vaxtında doğru təmizlənməsinə diqqət yetirilməlidir: "Ağzı açılmış qidaların hansı şəraitdə qalmalarına və saxlanma müddətlərinə fikir verilməlidir. Əgər pasterizə edilmiş süd və meyvə sularından istifadə olunursa, belə olan hallarda onların saxlanma şəraitinə, hansı temperaturda saxlanmasına, içilən suyun təmizliyinə diqqət yetirilməlidir. Yeyiləcək meyvələrin qabıqlarının soyulmasına, ətlərin bişirilməsinə, pendir, qatıq, dondurma kimi süd məhsullarının istifadə və saxlanma qaydalarına fikir verilməlidir. Küçələrdən açıq satışdan ərzaq almamaq, depolanan qidaları isə qısa zaman ərzində istifadə etmək məsləhət görülür".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1251   Tarix: 26 iyul 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik