Yaz bitkiləri və onların müalicəvi keyfiyyətləri

Yaz bitkiləri və onların müalicəvi keyfiyyətləriQış fəslində qidalanma insan orqanizmini vitamin və antioksidant deposunu azaldır, çünki qəbul edilən qidaların tərkibində vitaminlər az olur, necə deyərlər, bədən vitaminsizləşir. Yazda yeni çıxan bitkilərlə qidalanmaq orqanizmin balansını qoruyur, orqanizmin xəstəliklərə və xarici mühitin təsirlərinə davamlılığını artırır. Yazda ana təbiətin bitirdiyi nemətlərdən istifadə etmək sağlamlığa böyük kömək edir.
Milli.Az bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynov ayrı-ayrı bitkilərin müalicəvi xüsusiyyətləri haqqında AZƏRTAC-a deyib: "Əməköməncinin tərkibindəki maldivin maddəsi çox güclü mikroböldürücüdür. Ağız boşluğu, ağciyər xəstəlikləri, mədə-bağırsaq səpgilərində çox faydalıdır.
Gicitkənin təzə yarpaqları ilə revmatizm xəstəliyində ayaqları döymək çox faydalıdır. Gicitkənin təzə yarpaqlarını 5-6 saat suda saxlayandan sonra şirəsini çəkib səhər acqarına içmək bədən üçün çox şəfalıdır. O, qan azlığını aradan qaldırır, yeni qan əmələ gətirir, hətta xərçəng şişlərini kiçildir.
Yaşıl sarımsaq tərkibinə görə baş sarımsaqdan çox-çox zəngindir. Çox güclü bir bakterisit və şişlər əleyhinə təsiri var, şirəsini çəkib limon şirəsi ilə qarışdırıb acqarına içilməsi xərçəng xəstələri üçün çox faydalıdır. Çox güclü bir qurdqovucudur, yeməklərlə yeyilməsi orqanizmdən bütün qurdların, əsasən də lyambliyaların tökülməsinə səbəb olur.
Qulançarın tərkibindəki vitaminlər mədə-bağırsaq yaralarında, qastrit və kolitlərdə çox yaxşı təsir göstərir. Fol turşusu ilə zəngin olduğuna görə hamilə qadınlar, A vitamini ilə zəngin olduğuna görə gözlər üçün çox faydalıdır. Böyrək soyuqdəymələrində azca qovrulub yeyilməsi məsləhət görülür".
Yazda çıxan digər bitkilər barədə məlumat verən həkim-fitoterapevt deyib ki, cincilimdən dəmlənilmiş çaydan yarım stəkan içilməsi mədə qıcqırmasını aradan qaldırır, mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır, qaraciyər çatışmazlığı nəticəsində artan bütün fermentləri zaman-zaman azaldır: "Tərkibində yod olduğundan qalxanabənzər vəz çatışmazlığında həmin çayın içilməsi faydalıdır. Ondan dəmlənilmiş çayın axşam içilməsi əsəbləri sakitləşdirir, yaxşı yuxunu təmin edir. Yarpızın çaya qarışdırılıb içilməsi çox yaxşı köpqovucu təsir göstərir. Bədənə rahatlıq gətirir, əsəbləri sakitləşdirir. Reyhan bitkisi də çox faydalı xüsusiyyətlərə malikdir. Tərkibindəki zəngin vitaminlər iştahanı açır. Bədəndəki ödəmləri götürür, böyrəkləri təmizləyir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2182   Tarix: 16 mart 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

turlar.az

gozel gorunmek toy makiyajlari toy makiyaji sekilleri firni hazirlanmasi gözəllik sirləri geyim kombinasiyalari salatlarin bezenmesi kosmetika xocali bayati birlik haqqinda vetene aid atalar sozleri masturbasiya