Yaz xəstəliklərindən necə qorunmalı?

Yaz xəstəliklərindən necə qorunmalı?Qışda orqanizmin itirdiyi vitaminlər yazda müəyyən xəstəliklərin aktivləşməsinə səbəb olur. Bu mövsümdə baş qaldıran allergiya, həzm sistemi xəstəlikləri, sistit, sinusit və s. kimi xəstəliklər daha çox immun sistemi zəif insanlarda aktivləşir. Mütəxəssislər yazda xəstəliklərlə mübarizə apara bilmək üçün sağlam həyat tərzinin vacibliyini vurğulayırlar.
Xanim.az Publika.az-a istinadən necə sağlam həyat tərzi keçirməli olduğumuzu araşdırıb.
Terapevt Eşqin Əliyev bildirir ki, yaz aylarında orqanizmdə baş verən dəyişiklik daha çox yaşlı və immun sistemi zəif olan insanlarda özünü göstərir: "İmmun sisteminin zəifliyi qışda vitamin balansının azalması ilə ortaya çıxır. Bununla da halsızlıq yaranır, xəstəliklərə qarşı mübarizə zəifləyir. Bu fəsildə vitaminli qidalar az olmaqla yanaşı, onlardan istifadə də azlıq təşkil edir. Günəş şüasının tərkibində də vitaminlər var. Lakin qışda Günəş şüası həddən artıq az olduğu üçün bu da D vitamininin itkisinə, uşaqlarda raxitlik xəstəliyinin inkişafına səbəb ola bilir".
Həkim mövsümlə əlaqəli dəridə çatların yaranması, toyuq korluğu kimi xəstəliklərin A vitamini çatışmazlığından irəli gəldiyini deyir. Bildirir ki, A vitamini yerkökü, kələm, ispanaq, balıq kimi qidalarda mövcuddur.
Həkimin sözlərinə görə , B və C vitaminlərinin çatışmazlığı isə bu xəstəliklərin yaranmasına səbəb olur: "B vitamini orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. Orqanizimdə bu vitamin olmadıqda ağır avitaminoz "beri-beri" (yuxusuzluq) xəstəliyi yaranır.
Ağız boşluğunda müxtəlif növ yaralar, qanayan diş ətləri, diş çürümələri isə C vitamini çatışmazlığından irəli gələn "Skorbut" xəstəliyinin xəbərçisi ola bilər".
Mütəxəssislərin fikrincə, dərinin quruması, qabıq verməsi, gözlərin qızarması avitaminoz əlamətlərinə daxildir. E.Əliyev deyir ki, avitaminoz əlamətlərində dodaq quruması, çatlaması, dırnaqların tez-tez qırılması, saçların tökülməsi halları da müşahidə olunur.
İnsan orqanizminin zəifliyindən göbələk xəstəliyinin yarandığını deyən terapevt mövsümlə əlaqəli saçlarda yaranan kəpəyin göbələk xəstəliyinin bir növü olduğunu qeyd edir.
Həkim A, B, C, D vitaminləri qəbul etməyin lazım olduğunu vurğulayır və bu vitaminləri təbii şəkildə qəbul etmək üçün qış meyvə-tərəvəzlərindən bol-bol, ən azı həftədə 1 dəfə istifadə etməyi, təmiz havada gəzməyi, idmanla məşğul olmağı məsləhət görür.
Xroniki xəstəliklərdən əziyyət çəkənlər isə mütləq həkimə müraciət etməlidirlər.

Xəbərlər     Baxılıb: 1851   Tarix: 06 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi