Yazda ən çox rast gəlinən dəri xəstəliyi: Qaşınma, qızartı, şişkinlik...

Yazda ən çox rast gəlinən dəri xəstəliyi: Qaşınma, qızartı, şişkinlik...Yaz aylarında bir çox xəstəliklərin şiddətləndiyi bildirilir. Ən çox narahatlıq yaradan və bu fəsildə artan problemlərdən biri də dəri xəstəlikləri hesab olunur. Onlaran biri də övrədir.
Dermatoloq, uzman həkim Firayya Məmmədova e-tibb.az-a bildirib ki, övrə dermatologiyada ən çox çox rast gəlinən dəri problemlərindən biri sayılır.
Övrə, tibbi ədəbiyyatda daha çox urticaria-urtica adlandırılan bu xəstəlik latinca gicitkən mənasını verir. Dermatoloq deyib ki, övrə dünyada ən çox rast gəlinən dəri xəstəliklərindən biridir. Dünyada hər beş insandan 2-si həyatında bir dəfə də olsa, bu problemlə üzləşir. Əsas əlaməti bədəndə  gızartı, köpəşimə, qaşıntı yaranmasıdır. Gün ərzində bir yerdən çıxıb itə, başqa bir yerdə görünə bilir. 6 həftədən çox davam edərsə, xroniki problem hesab olunur.
F. Məmmədova, bu dəri xəstəliyinə əsasən yazda və payızda rast gəlindiyini açıqlayıb. Yazda mart-aprel, payızda isə sentyabr-oktyabr aylarında daha çox yaranır. Bəzən övrə selikli qişaları, yumşaq toxumanı əhatə edə, gential bölgədə, göz ətrafında da yarana bilər. Göz ətrafında, dodaqlarda şişmə yaranır. Şikayətlər ən çox axşamlar başlayır. Yatağa girəndə daha çox qaşınma olur.
Həkimin sözlərinə görə, bunun əsas səbəbləri infeksiya, stres, qida və dərmanlar hesab olunur. Bəzən adi bir ağrıkəsici və yaxud antibiotk qəbulu nəticəsində alovlanma baş verir. Bəzi xəstələr isə stomatoloji müalicə zamanı vurulan keyidici iynənin dildə, üzdə, gözdə şişmə, bədəndə qaşınma yaratdığını deyirlər. Qidalardan ən çox çiyələk, taxıl məhsulları, narıngi, ballı yeməklər, şokoladdan sonra allergik qaşıntı meydana çıxır. Hətta bəzi hallarda ölümcül vəziyyət yaranır.
Dermatoloq deyib ki, bəzən isə bu problem səbəb olmadan baş qaldırır, buna isə idiopatik övrə deyilir. Hətta helikobacter-pylori infeksiyasının da övrəyə meylliliyi artırdığı bildirilir. Bununla bağlı bir çox nəzəriyyələr olsa da, dəqiq səbəb bəlli deyil.
Mütəxəssis qeyd edib ki, bu dəri xəstəliyi əsasən müalicəyə tabe olur. Müalicə hər xəstəyə, hər vəziyyətə uyğun seçilir. Bir çox hallarda çox sadə yolla problemin öhdəsindən gəlmək mümkün olur...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1426   Tarix: 02 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

kosmetika mehsullari həkim məsləhəti toy makiyajlari seksual pozalar toyuq yeməkləri şorba reseptləri pizzalar kosmetika gozellik novruza aid hakisdalar novruz hakistalari intim munasibetler bayatılarımızda vətən həsrəti