Yediyimiz niyə "zəhər" olur?

Yediyimiz niyə Azərbaycanda göbələk yığma ənənəsi geniş yayılıb. İnsanların zəhərli gobələkləri tanımaması və ya düzgün bişirməməsi ölümə belə yol aça bilər. 
Bəs göbələk seçərkən nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı Milli.AZ-a qida eksperti Məhsəti Hüseynova açıqlama verib.
Yediyimiz niyə O bildirib ki, göbələk zəhərlənməsindən qorunmaq üçün bir sıra vacib tədbirlər var. İlk öncə, yalnız tanıdığınız və əmin olduğunuz göbələkləri yığmalısınız. Mənşəyi bilinməyən və tanımadığınız göbələklərə toxunmaq belə olmaz.
"Eyni zamanda yığdığınız göbələkləri yemədən əvvəl düzgün bişirmək də vacibdir. Bəzi zəhərli növlər bişiriləndə zəhərliliyini itirə bilər, lakin bu, hər göbələk üçün keçərli deyil. Göbələk yığarkən, eyni görünüşdə olan zəhərli və yeyilən növləri ayırd etmək çətin ola bilər, buna görə diqqətli olmaq lazımdır. Göbələkləri düzgün saxlamaq da mühüm məsələdir, çünki zəhərli göbələklər zamanla digər yeməklərə təsir edə bilər".
Ekspert onu da əlavə edib ki, zəhərlənmə əlamətlərini, məsələn, bulantı, qusma və qarın ağrısını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır.
Qeyd edək ki, ötən gün Azərbaycanda iki qadın göbələkdən zəhərlənərək ölüb. 1977-ci il təvəllüdlü İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Xaçmaz rayonuna gəlib və Seyidli kəndində meşədə göbələk yedikdən sonra halı pisləşib. Onlar müalicəsinin davam etdirilməsi üçün Bakıya göndərilən zaman İlahə Bayramova yolda ölüb. Dgər qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır. 
Aysel Əkbər
Milli.AZ

Xəbərlər     Baxılıb: 1200   Tarix: 01 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar

Pilates müasir dövrdə arıqlamaq və formada qalmaq üçün ən çox üstünlük verilən idman növlərindən biridir. İdman zallarına getmədən, ev şəraitində rahatlıqla edilə bilən bu məşqlər xüsusilə qarın, kürək və omba əzələlərin

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?

Ağciyərlərdə ilk müsbət dəyişikliklər siqareti tərgitdikdən iki həftədən üç aya qədər olan müddətdə müşahidə olunur. Milli. -a istinadən xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyinə həkim Marina Makarov

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Uzun müddət oturmaq bir çox insanı piylənmə riski altına qoyur və xərçəng və ürək xəstəlikləri riskini artırır. xəbər verir ki, lakin Çinli tədqiqatçılar tərəfindən aparılan yeni 10 illik bir araşdırma göstərir ki, hətt

turlar.az

yay kolleksiyasi toy gecesi aksessuarlar paxlava reseptləri balıqlar bürcü bürclər 2026 saçlara qulluq kosmetika vetene aid bayatilar baldiz sac modelleri intim irem derici