Yəhudi alimlər güclü immunitet reaksiyasının formulunu açıqladı
İsrailin Bar-İlan Universiteti və Ziv Tibb Mərkəzinin alimləri peyvənd üzərində apardıqları tədqiqatın ilkin nəticələrini təqdim edib.
Milli.Az xəbər verir ki, xəstəliyi nə qədər əvvəl keçirdiyi və bədəndə nə qədər antikor yarandığından asılı olmayaraq, koronavirus xəstəliyindən əziyyət çəkənlərdə və daha sonra peyvəndlə olunanlarda ilk dozadan asılı olmayaraq güclü immunitet reaksiyası qazanıldığı məlum olub. Tədqiqat "Eurosurveillance" elmi jurnalında yeni dərc edilib.
Peyvəndin ilk dozasına reaksiya tədqiqatda iştirak edənlərin hamısında o qədər yüksək olub ki, peyvənd protokolunun yenidən nəzərdən keçirilməsi təklif olunub. COVID-19-dan yaxşılaşan və sonradan peyvənd olunan bəzi insanlar üçün çox güman ki, yalnız bir dozanın kifayət edəcəyi fikri irəli sürülüb.
Bu nəticələr onu göstərir ki, bir çox ölkə peyvənd alınmasına qənaət edəcək və ehtiyac duyanların hamısının daha sürətli vaksinasiya olunmasına imkan verəcək. Tədqiqat eyni zamanda immunitet reaksiyasının etnik qruplar arasında oxşar olduğunu sübut edib. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI